Rusiyada həbsdə olan MMA döyüşçüsü İlyas Yaqubov Ukraynadakı hərbi əməliyyatlarda iştirak edəcək.
araz.az xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
“Yaqubovu xüsusi hərbi əməliyyata aparıblar”, — məlumatda qeyd olunub. Bildirilib ki, ona qarşı qaldırılmış cinayət işi dayandırılıb.
Qeyd edək ki, İlyas Yaqubov ötən il sosial şəbəkə səhifəsində çeçen səhra komandiri Şamil Basayevin çıxışını yerləşdirdiyi üçün həbs olunmuşdu. Yaqubov terrorçuluğun təbliğində ittiham olunurdu. /axar.az/
araz.az xəbər portalı.