Millət vəkili qeyd etmişdir ki, “ 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edən və bu sahədə kifayət qədər təcrübə qazanan Azərbaycan öz fəaliyyəti ilə göstərdi ki, beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır və bu məsələdə ardıcıl mövqeyi ilə fərqlənir. Eyni zamanda bu müddətdə özünün institusional inkişafında böyük addım atan Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi ölkəmizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kifayət qədər kömək edir.
Əziz Ələkbərli bildirib ki, “cənab Prezident bir daha ölkəmizin prinsipial mövqeyini ifadə edərək qeyd etmişdir ki, artıq Qlobal Cənub və Qlobal Şimal arasında önəmli mövqe tutan Azərbaycan iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək. Ölkəmizin belə bir prinsipial mövqeni ardıcıl olaraq inkişaf etdirməsi yeni tərəfdaşlarımızın sayını da artırmaqdadır. Məhz növbəti ayda təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı Azərbaycan dövlətinin, onun müdrik rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə hörmətin və dəstəyin parlaq sübutudur.”
araz.az xəbər portalı.