Tanınmış jurnalist Seymur Verdizadənin yenisabah.az saytından ayrıldığı barədə məlumat yayılıb. araz.az bildirir ki, modern.az-ın əməkdaşı jurnalistlə əlaqə saxlayıb, Seymur Verdizadə xəbəri təsdiq edib. O, yeni iş yeri ilə bağlı yaxın günlərdə açıqlama verəcəyini deyib.
Qeyd edək ki. Seymur Verdizadə 2020-ci ilin fevral ayından yenisabah.az-ın Baş redaktoru işləyirdi. Həmkarımız Türkiyənin Qazi Universitetinin məzunudur.
O, 1998-ci ildən indiyə kimi peşəkar jurnalist fəaliyyəti ilə məşğul olub. Bir sıra qəzetlərdə və saytlarda çalışıb. ATV, “Xəzər”, “Space” və ARB TV-nin ən reytinqli verilişlərinin eksperti olub.
Seymur Verdizadə köşə yazarı kimi də, oxucuların daim izlədiyi qələm sahiblərindən biridir. O, həm də, Jurnalist Araşdırmaları Mərkəzinin sədri kimi QHT sektorunda aktiv fəaliyyət göstərib.
araz.az xəbər portalı.
AKTUAL
Evlərinə qayıdan suriyalı qaçqınlar: “Türkiyəni əsla unutmayacağıq!”, — deyə, öz minnətdarlıqlarını türk xalqına çatdırır
Ölkələrində baş verən vətəndaş müharibəsi qorxusu səbəbindən qaçaraq, Türkiyəyə sığınmış suriyalılar artıq evlərinə qayıdırlar. …