Bu çıxışı ilə R. Zeyni, Azərbaycanın milli birliyini və əzəli torpaqlarına qayıdış əzmini gücləndirən QHT-lərin rolunu önə çəkərək, bu istiqamətdə görülən işlərin davamlı olmasının əhəmiyyətini vurğulayıb.
Yeri gəlmişkən qedək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.
araz.az xəbər portalı.