“İndiyə qədər Avropa Parlamentindən Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verilib. Burada təmsil olunan parlamentarilərin bir çoxu birbaşa erməni lobbisinin əlinin altında olan adamlardı.
Avropa Parlamentində xüsusi fəallığı ilə seçilən Natali Luazo, Bellami və bu kimi adamlar birbaşa erməni lobbisinin əlində alətə çevrilimiş simalardır. Təəssüf edici haldır ki, Avropa Parlamenti ilə Azərbaycanın yaxşı münasibətləri olduğu halda bu qurumu şər yuvası halına gətirdilər. Bu qurum obyektivliyini, ədalət hissini itirmiş bir təşkilat olub.
30 il ərzində Azərbaycan torpaqlarının işğal faktına göz yuman, səs çıxarmayan, beynəlxalq hüququn təmin edilməsi üçün heç bir cəhd və səy göstərməyən Avropa Parlamenti bu gün Azərbaycan əleyhinə şərin, “qara piar”ın ruporuna çevrilib.
Eyni zamanda, vətən xainlərinin, hansı ki, onlar Avropaya səpələnib və erməni lobbisinin oyuncağına çevriliblər, onlar da Avropa Parlamentinin iclasında iştirak edirdi. Natali Luazo və digərləri də çox açıq şəkildə bildirdilər ki, onların Azərbaycan əleyhinə hazırladığı hesabatda vətən xainlərindən geniş şəkildə istifadə edilir.
Hesab edirəm ki, bu gün də Avropa Parlamentində təmsil olunanların Azərbaycan əleyhinə nəsə demək haqqı yoxdur. Bu gün Azərbaycanın COP29-a ev sahibliyi etməsi qlobal erməni şəbəkəsini narahat edir.
Ona görə də erməni lobbisinə bağlı olanlar Avropa Parlamentindən istifadə edərək Azərbaycan əleyhinə dezinformasiya şəbəkəsini genişləndiriblər”.
Vilayət MUXTAR
araz.az xəbər portalı.