anar resulovRusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Anar Həsənov yeni yaradılan Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) mətbuat xitmətinin rəhbəri təyin olunub. Bu barədə RAİ-dən məlumat verilib. Bildirilib ki, Anar Həsənov peşəkar jurnalist olmaqla yanaşı eyni zamanda vətənpərvər bir azərbaycanlıdır: “Buna görə də onun Rusiya Azərbaycanlıları İttifaqında fəaliyyət göstərməsi məqsədəuyğundur və bundan məmnunluq duyuruq”.

Xatırladaq ki, Anar Həsənov Lider.tv-nin Moskva müxbiri olub. O, Rusiya xarici işlər naziri Lavrova ünvanladığı sualla diqqət mərkəzinə düşüb. Onun Rusiyanın XİN rəhbərinə “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”, – sualına Lavrov
“Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, – deyə cavab verib.

araz.az xəbər portalı.