“Sabit Gürcüstan həm də Azərbaycan üçün vacibdir” — araz.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Gürcüstan əsilli ziyalı Fərman Borçalı bildirib.

O qeyd edib ki, Borçalıda yaşayan soydaşlarımız sərbəst şəkildə, heç bir təzyiq olmadan öz istədikləri partiyaya səs verərək, seçimlərini ediblər:

“Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri təkcə bu ölkə üçün deyil, bütün bölgə üçün əhəmiyyətli sayılır.

Onu qeyd etmək istəyirəm ki, dost ölkə olan Azərbaycan və Gürcüstan arasında birgə iqtisadi layihələri strateji önəmə sahibdir. Seçkilər demokratik şəkildə keçirildi. Müşahidəçilərin fikrincə, hər yerdə qayda-qanuna riayət olundu, ciddi nöqsanlar olmadı. Bütün bunlar həm gürcü xalqının, həm soydaşlarımızın rifahı üçün önəmlidir”.

Hakim “Gürcü Arsuzu” partiyasının parlament seçkilərindəki qələbəsindən söz açan Fərman Borçalı partiyanın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında əsas faktorlardan biri olduğunu vurğulayıb:

“Bunlar belə deməyə əsas verir ki, parlament seçkiləri zamanı xalq layiqli partiyasına səs verdi.

Onu da demək istəyirəm ki, bütün bunlara görə “Gürcü Arzusu”nun atdığı addımlar təqdirə layiqdir. Bizim müttəfiqimiz olan sabit Gürcüstan həm də Azərbaycan üçün çox önəmlidir. Buna görə soydaşlarımız seçki öncəsi ayıq-sayıq oldular, qayda-qanunlara əməl edib, öz seçimlərini etdilər.

Azərbaycan-Gürcüstan dostluğu əbədidir. İki dost ölkə arasında dostluq ənənələri qorunmalıdır”.

 

araz.az xəbər portalı.