Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıblar.

araz.az  xarici mətbuata istinadən xəbər verir ki, bu ölkələr birgə bəyanatla çıxış edərək, Gürstandakı seçkiləri tanımadıqlarını açıqlayıblar.

Xatırladaq ki, Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası 54,2 faiz səslə qalib gəlib.

Bir daha qeyd etmək istəyirik ki, Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və onların total şəkildə saxtalaşdırıldığını bəyan edib.

Müxalifət də seçkinin nəticələrini tanımadığını elan edib. Ölkənin sabiq prezidenti Mixail Saakaşvili də tərəfdarlarını etiraza səsləyib.

araz.az xəbər portalı.