U.S. Secretary of State Antony Blinken delivers remarks during the release of the 2024 Trafficking in Persons (TIP) Report at the State Department in Washington, U.S., June 24, 2024. REUTERS/Amanda Andrade-Rhoades/File Photo
ABŞ Dövlət katibi Entoni Blinken ötən gün Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
araz.az yerli və xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda Blinken Gürcüstanın siyasi liderlərinə çağırış edib.
Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər nəticələri azad və ədalətli adlandırmayıb: “Beynəlxalq normaların pozulması ilə bağlı bütün halları qınayırıq, beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı pozuntulara dair bütün məlumatların tam araşdırılması ilə bağlı çağırışlarına qoşuluruq. Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, fundamental azadlıqlara xələl gətirən qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa çağırırıq”.
Dövlət katibi, həmçinin qeyd edib ki, Gürcüstan Konstitusiyasında yer alan ölkənin Avropa və Avro-Atlantik inteqrasiyası məqsədləri hökumətin vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının fundamental azadlıqlarına hörmətlə yanaşmağı tələb edir.
Xatırladaq ki, oktyabrın 26-sı Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ən son məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası 54,08 faiz səslə qalib gəlib.
araz.az xəbər portalı.