“Gürcü Arzusu” Partiyası Avropa Birliyi ilə münasibətlərdə yenilənmə gözləyir”.

araz.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstanın prioriteti avrointeqrasiyadır. Biz münasibətlərdə yenilənmə gözləyirik. Məncə, bu, 2025-ci ilin əvvəlində baş verəcək”, – o, bildirib.

Qeyd edək ki, “Gürcü Arzusu”nun seçkidə qələbəsi elan olunsa da, müxalifət, hətta ölkə prezidenti də, nəticələri tanımaq istəmir. Qərbdən də, son bir gündə ard-arda seçki pozuntularına dair tənqidlər səsləndirilir.

araz.az xəbər portalı.