“Bu, oğurlanmış seçkidir, bu, Gürcüstanda hakimiyyətin qəsb edilməsi və Konstitusiya çevrilişidir! Bu, baş verməyəcək! Bura Rusiya deyil, bura Venesuela deyil, bura Gürcüstandır!”.

araz.az bildirir ki, bunu Gürcüstandakı parlament seçkilərində rəsmi olaraq ikinci nəticə göstərən (11,2%) Dəyişiklik Koalisiyasının lideri Nika Qvaramiya deyib.

“Bidzina İvanişvili gürcü xalqının qələbəsini oğurladı və Avropanın gələcəyini oğurladı… Biz bu oğurlanmış seçkilərin nəticələrini tanımırıq və tanımaq niyyətində deyilik”, — deyə, Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava bildirib.

Qeyd edək ki, Birlik Koalisiyasının səs faizi belədir: 9,8%. 5 faizlik baryeri keçən müxalifət partiyaları məsləhətləşmələri davam etdirir. Onlar öz hərəkətlərini bu gün açıqlamağı planlaşdırırlar.

araz.az xəbər portalı.