qalatadara22018.jpgTürkiyə Super Liqasında XXXIII tur davam edir.

ONA-nın məlumatına görə, tur çərçivəsində daha dörd oyun keçirilib.

Mərkəzi qarşılaşmada çempionluq uğrunda mübarizə aparan “Qalatasaray”la “Başakşəhər” üz-üzə gəlib. Eyni xala malik liderlərin İstanbul derbisində “sarı-qırmızılar” əzmkar qələbə qazanıblar.

Matçda məğlub duruma düşən Fatih Terimin yetirmələri iki qol vuraraq qalib gəlməklə xal hesabını 69-a çatdırıblar. Bu, “Qalatasaray”a sona bir tur qalmış çempionluğu təmin etmək imkanı verib. Rəqibini üç xal qabaqlayan “cim-bom” şəxsi oyunlardakı üstünlüyə görə tarixində 22-ci çempionluğu qazanıb. Bir neçə gün öncə Türkiyə kubokunu da qazanan F.Terimin komandası bununla “Qızıl dubl”a imza atıb.

Digər üç oyunda qalib müəyyənləşməyib. Turnir cədvəlindəki qonşular “Alanyaspor”la “Rizəspor” hərəyə 1 qolla bir xal qazanıb.

Super Liqada qalmaq uğrunda mübarizə aparan “Bursaspor”la “Göztəpə”nin oyununda qol vurulmayıb. Aşağı dəstəyə yuvarlandığı rəsmiləşən “Akhisar” isə “Kayserispor”u büdrədib – 2:2.

Qeyd edək ki, tura mayın 20-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXXIII tur
19 may
“Akhisar” – “Kayserispor” – 2:2
Reqattin, 37, Manu, 80 – Kravets, 61, Qyan, 90
“Bursaspor” – “Göztəpə” – 0:0
“Alanyaspor” – “Rizəspor” – 1:1
Sisse, 12 – Muriqi, 65
“Qalatasaray” – “Başakşəhər” – 2:1
Fequli, 47, Onyekuru, 64 – Bajiç, 17

araz.az xəbər portalı.