Ölkənin bütün siyasi qüvvələri tərəfindən təşkil olunan mitinqdə diqqət çəkən məqamlardan biri də, Gürcüstan Prezidenti Salome Zurabişvilinin iştirakı olub.
araz.az xəbər verir ki, mitinqdə çıxış edən dövlət başçısı, Gürcüstan dövlətində yeganə müstəqil qurum kimi özünün Prezidentlik institutunu adlandırıb.
O bildirib ki, yeganə müstəqil Prezident strukturunun rəhbəri olan Prezident kimi seçkilərin nəticələrini tanımır.
Qeyd edək ki, bu arada Rusiyaya məxsus Kütləvi informasiya vasitələri ilə mitinqdə guya təxribatçıların olacağı, Ukraynada təlim keçmiş snayperlər tərəfindən kimlərinsə qətlə yetiriləcəyi ilə bağlı feyk məlumatlar yayıb.
Gürcüstan müxalifəti isə bu məlumatların tirajlanmasının insanların aksiyalara olan marağlarının azaldılması məqsədi daşıdığını bildirib.
araz.az xəbər portalı.