ABŞ Dövlət Departamenti Tayvana 2 milyard dollarlıq silah və hərbi texnika dəstəyini təsdiqləyib. ABŞ Tayvana yer-hava tipli raket kompleksləri və radarlar verəcək.
araz.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Vaşinqtonun qərarı Pekini hərəkətə keçirib:
“Çinin qırıcıları və PUA-ları Tayvan ətrafında partul xidmətini genişləndirib. Tayvan hərbçiləri oktyabrın 27-də ada ətrafında uçan Çinin 19 hərbi təyyarəsini aşkar edib. Təyyarələr dron və hərbi gəmilərlə birgə 4 saat ada ətrafında birgə partul həyata keçiriblər. Bu, oktyabrda Tayvan ətrafında sayca üçüncü birgə patruldur. Bir gün ərzində 153 Çin hərbi təyyarəsinin ada ətrafında uçuş həyata keçirməsi rekord göstərici kimi qeydə alınıb.
Pekin diplomatik zəmində də fəallığını artırıb. Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Tayvana silah və texnika göndərmək qərarını ölkənin suverenliyi və təhlükəsizliyinə ciddi təhdid olduğunu bildirib. Bəyanatda bu yardımın Çin-ABŞ münasibətlərinə zərbə vurduğu və dünyada sülh və sabitliyə təhdid olduğu vurğulanıb. Nazirlik Pekinin ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq üçün lazım olan bütün tədbirləri görəcəyini açıqlayıb. Pekin sentyabrda ABŞ-ın bir neçə müdafiə sənayesi şirkətinə qarşı sanksiya tətbiq edib”.
Mərkəz bildirir ki, ABŞ seçkilərindən öncə Vaşinqton-Pekin münasibətləri daha da gərginləşib:
“Vaşinqton Çinin ərazi bütövlüyünü tanımasına baxmayaraq, Tayvana hərbi dəstəkdən imtina etmir. ABŞ bununla Çinin adanı nəzarətə götürməsinə mane olmağa çalışır. Halbuki Tayvanı Çinin bir hissəsi sayan Pekin adanı hansı yolla olur-olsun nəzarətə götürmək planından əl çəkməyib”. /teleqraf.com/
araz.az xəbər portalı.