Samir FEYRUZOV,                                  jurnalist-politoloq.                                                —————————-

Gürcü xalqı inqilablardan bezib, bir neçə ildən bir hökumət, prezident, baş nazir dəyişir. Bütün xalq sərxoş durumdadır, hamı içir, çəkir. Xalq uzun illərdir xroniki depressiyanın altında inildəyir. Oturuşmuş, güclü iqtisadi-siyasi sistemə sahib olmaq üçün stabil hökumət qurmaq lazımdır. İndi də ABŞ-ın casusları imkan vermir. Bütün gürcü xalqı ABŞ-a, Qərbə nifrət edir, dünən parlamentin qarşısına çıxanlar isə QHT-eşniklər idi.

Tiflis küçələrində Sakaaşvilinin yapıdırılmış şəkillərini cırırlar. Ölkədə 20 mindən artıq qht var, hərəsi 5 adam çıxaranda bu 100 min edir. Yəni dünən gördükləriniz xalq yox, xaricə bağlı vətəndaş cəmiyyəti institutlarının satılmış üzvləri idi. Hələ mediadakı agenturanı, Qərb təşkilatlarından nümayişkəranə şəkildə külli miqdarda pullar alıb meydana çıxanları demirəm. Xalq meydanda yox idi.

2008-ci ildə dedilər ki, Rusiya ilə döyüş, NATO-ya üzv edəcəyik. Nəinki NATO-ya üzv oldular, heç Avropaya yüngül inteqrasiya edə bilməyiblər. Hamı küçələrdə içir, restoranlarda “vurmayan” adam yoxdur, elementar mədəniyyətdən bixəbər, kobud, paxıl siyasilər, geylərin, lezbianların yuva saldığı ölkə… Necə ki Ukraynanı aldatdılar. Ki, Rusiya ilə döyüş, NATO-ya üzv edəcəyik. ABŞ söz vermişdi, amma üç gün öncə ABŞ başda olmaqla super güclər Ukraynanın NATO-ya üzv olmayacağını bəyan etdilər.

Əslində mitinq seçki günü olmalı idi. Amma exit-poll nəticələri açıqlanan kimi restoranlara içməyə getdilər, həmin gecə hamı sərxoş idi, dünya veclərinə deyil. Dünən isə “paxmel”dən ayılıb meydana gəldilər. O da bitdi!

Gürcüstanın qapıları açıqdır, Sakaaşvili ölkəni bərbad günə qoyub. Təsəvvür edin, Gürcüstanın indiki prezidenti Zurabaşvili 2001-ci ildə Fransanın Gürcüstanda səfiri olub. O, Fransa vətəndaşı idi. Bu qadının Fransanın casusu olduğunu sübut etmək üçün başqa nə dəlil lazımdır!? Sakaaşvili Qərbin casusunu ölkəsinə xarici işlər naziri təyin etmişdi və indi də prezidentdir.

Facebookun Azərbaycan seqmenti Gürcüstandakı seçkilərdən feyziyab olur, ABŞ-ın qələbə qazanmasını arzu edirlər, mitinqə sevinirlər. Yəni, o şeyi arzulayırlar ki, bütün bunlar Azərbaycanın milli maraqlarına ziddir. Dövlətimizin maraqları nədirsə, o cəbhədə də yer almaq lazımdır. Gürcüstanda Qərbin qələbəsi bütün regionu fəlakətə gətirəcəkdi. Yaxşı ki, olmadı, olmayacaq da!

Gürcü xalqı isə murdar tendensiyalardan canlarını qurtarıb ölkədə qayda-qanuna, dayanıqlı sistemə sahib olmaq istəyirlərsə, öncə Qərbdən üz çevirməlidir, ölkəsində oturuşmuş hakimiyyət qurmalıdır. Daha gedib ABŞ-dan pul alıb, restoranlarda adama 2 litr çaxır vurub meydanda qışqırmamalıdır. Sən qışqırırsan, dağıdıb tökürsən, ABŞ öz casuslarını gətirib sənin başına prezident qoyur.

Gürcüstanda demokratiyanı dəstəklədiyini bildirən buradakı azərbaycanlılar isə xəstədirlər. Gürcüstan demokratik ölkədir, nə istəyirsənsə, onu da edirsən. Səhiyyə tam pulsuzdur, vətəndaşlara saysız-hesabsız imtiyazlar verilib. Hökuməti söyürlər, döyürlər, istədiklərini yazırlar, danışırlar. Gürcüstan bəlkə də dünyanın ən sərbəst ölkəsidir.

araz.az xəbər portalı.