Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev parlament seçkilərindəki nəticələri tanımayan Gürcüstan prezidenti Salome Zurabişvilini kukla adlandırıb.
araz.az qeyd edir ki, bunu Medvedevin özünün “X” sosial şəbəkəsindəki hesabında yazdığını xarici mətbuat yayıb.
Medvedevin sözlərinə görə, adətən belə hərəkətlərdən sonra, onun vəzifəsindən uzaqlaşdırılması və həbsi lazımdır.
“Gürcüstanın marionet prezidenti seçkilərin nəticələrini qəbul etməkdən imtina edib və dövlət çevrilişinə çağırış edərək konstitusiyaya zidd addım atıb”, — deyə, Medvedev sözlərini bu cümlə ilə əsaslandırıb. /musavat.com/
araz.az xəbər portalı.