Qadağa İran liderinin həmin hesabda İsraili hədələyən paylaşımından sonra tətbiq edilmişdi. Platformanın açıqlamasında qeyd olunmuşdu ki, X-in qaydalarını pozduğuna görə fəaliyyəti dayandırılıb.

Hesabın bağlanması Xameneyinin bu paylaşımı ilə əlaqəli idi: “Sionist rejim səhv etdi. İranla bağlı hesablamalarında yanlışa yol verdi. İran xalqının hansı güc, qabiliyyət, təşəbbüs və iradəyə malik olduğunu göstərəcəyik”.

Paylaşım oktyabrın 26-da İsrailin İranın hücumlaraına cavab olaraq bu ölkəyə hava zərbələrindən sonra edilmişdi.

 

araz.az xəbər portalı.