araz.az bildirir ki, bunu Teleqraf.com-a AĞ Partiya başqanı Tural Abbaslı deyib.
“Beləliklə, ayrılan vəsaitin 5 faizi həmin 14 partiya arasında bölünür. Ən əsası isə 5 faizin də 2,5 faizi parlamentdə mandat qazana bilməyən partiyalar arasında bərabər bölünür. Qalan 2,5 faiz isə partiyanın seçkidə yığdığı səslərə görə hesablanır”, — deyə, o, əlavə edib.
Tural Abbaslı AĞ partiyanın sentyabrın 1-də keçirilən parlament seçkilərində ikinci ən çox səs toplayan təşkilat olduğunu söyləyib:
“Orta hesabla bizim partiyaya hər ay 2 500 manat vəsaitin ayrılması nəzərdə tutulurdu. Amma burada da şərtlər başqadır. Partiyalara il ərzində toplamış olduğu üzvlük haqqı və ianələrdən iki dəfə artıq maliyyə yardımı edilmir. AĞ partiya hər ay dövlətdən 2 500 manat almaqdan ötrü, 1 250 manat üzvlük haqqı və ianə toplamalıdır”.
Partiya sədri bildirib ki, təşkilata 8 min manat civarında vəsait ayrılmalı olduğu halda 4 min manata yaxın pul ayrılıb:
“Çünki AĞ partiya tərəfindən aprel ayı üçün Mərkəzi Seçki Komissiyasına verilən hesabatda 2 300 manata yaxın üzvlük haqqı və ianə əldə etdiyi göstərilib. Dövlət tərəfdən də ayrılan vəsait həmin rəqəmin iki qatından artıq olmadığı üçün rüblük olaraq 4 min manatdan bir az çox pul ayrılıb. Bunu da aylığa böldükdə 1200-1300 manat vəsait edir. Bu vəsait isə partiyanın kommunal xərcləri və ofis üçün məsrəflərinə bəs etmir. Partiyanın 50 rayon təşkilatı ofis icarələrini nəzərə alsaq, bu, olduqca cüzi bir rəqəmdir”.
araz.az xəbər portalı.