“Reuters” agentliyinin İranın yarım-rəsmi “Mizan” agentliyinə istinadən yaydığı xəbərdə deyilir ki, rəsmi Tehran ABŞ-ın körfəzə daxil olan hərbi gəmiləri dənizin dibinə göndərə bilər.
ABŞ cümə günü Yaxın Şərqə 1.500 nəfərlik qoşun yeritdiyini bəyan etdi və vurğuladı ki, İran ABŞ-ın müttəfiqi olan ərəb ölkələrinin neft daşıyan tankerlərini sıradan çıxarmaq üçün təxribatlara əl atıb. Rəsmi Tehran bu cinayətə görə məsuliyyət daşıyır.
“Amerika regiona iki hərbi gəmi göndərir. Əgər onlar bir balaca axmaqlıq etsə, biz həmin gəmiləri batıraraq, suyun dibinə göndərərik. Eyni zamanda gəmidə olan hərbiçilər də, qırıcı təyyarələr də sulara qərq olacaq. Bunun üçün bizim iki raket atəşi etməyimiz yetər, ya da yeni gizli silahımızı işə sala bilərik”. İran ordusunun generalı Murtaza Qurbani “Mizan” agentliyinə belə deyib.
Qərb mütəxəssisləri qeyd edir ki, İran öz hərbi qüdrətini şişirtməyə meyllidir. Ancaq onlar da deyir ki, İranın uzaq mənzilli raketləri təhlükəlidir. Rəsmi Tehran ABŞ-ın Fars körfəzindəki hərbi gəmilərini məhz həmin raketlərlə vura bilər.
https://www.reuters.com/article/us-usa-iran-arms/iran-can-sink-u-s-warships-with-secret-weapons-military-official-says-idUSKCN1SV049
Elbəyi Həsənli, Musavat.com
araz.az xəbər portalı.