Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılıb və külli miqdarda yeyintilərin olduğu üzə çıxıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və cinayət işi başlanıb. Qanun pozuntularının AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövründə baş verdiyi qeyd edilib.
araz.az manset.az-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev məsələyə münasibət bildirib.
O, açıqlamasında sözügedən mövzu ilə bağlı suallardan yayınmağa çalışıb:
“Kimdir danışan? Sizə deyirəm, danışan kimdir? Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun!”.
araz.az xəbər portalı.
AKTUAL
Türkiyədə yeni konstitusiya qəbul ediləcək?– Ərdoğan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. araz.az-ın məlumatına görə, …