araz.az xəbər verir ki, bu barədə ölkə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin məlumat verib.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 104.1-ci maddəsinə əlavələr və 322.1-ci “Qeyri-qanuni miqrasiyanın təşkili” maddəsi ilə əlavələr edən qanun qəbul edilib”, – Volodin Teleqram kanalında yazıb.

O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən qeyd edib ki, son bir ildə miqrasiya sahəsində cinayətlərin sayı 79,6 faiz, bu ilin yeddi ayında isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb.

“Qəbul edilmiş qərarda qeyri-qanuni miqrasiyanın təşkili nəticəsində əldə edilmiş pulların, əmlakın və qiymətli əşyaların müsadirə edilməli olduğu müəyyən edilib”, — Volodin bildirib.

O əlavə edib ki, bu təşəbbüs ilin əvvəlindən Rusiyanın miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş bütün qanun layihələrinin 12-cisidir.

Qeyd edək ki, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Həmin şəxslərin çox hissəsi isə, işləmək üçün bu ölkəyə üz tutub.

 

araz.az xəbər portalı.