2D358AFE ECA7 433E 8BBD F4D294D145F7

– ŞİKAYƏT QANUNSUZ ÖDƏMƏYƏ MƏCBUR EDİLƏN VƏTƏNDAŞDAN PREZİDENTƏ MÜRACİƏT

Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu tərəfindən araz.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Ölkə başçısına müraciət edən şikayətçi, saytımız vasitəsilə onun bu probleminin ictimailəşdirilməsində ona yardımçı olmağımızı xahiş edir. Bank sistemindəki mövcud çözülməz hərc-mərcliklə üzləşən şikayətçi yazır:

«AccessBank»dan daha bir qanunsuzluq: Bank Göyçay sakininin evini necə ələ keçiribqətnamə çıxarmışdır.

Mən Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun qanunsuz verdiyi bu qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişəm və 30 may 2019-cu il tarixində Ali Məhkəmənin inzibat-binasında mənim kassasiya şikayətimə baxılacaq.
Hörmətli Prezident!
Yuxarıda göstərdiyim subutlar və faktlar əsasında mənim kassasiya şikayətim təmin olunmalıdır. Şəki Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli 2(107)-520/2019 iş nömrəli qətnaməsi ləğv olunmalı, bu subutların və faktların yenidən araşdırılması (təkrar mühasibatlıq ekspertizasının, mənə məxsus yaşayış evinin yenidən qiymətləndirilməsi üçün digər müstəqil qiymətləndiriciyə həvalə etmək şərti ilə yeni qiymətləndirmə ekspertizasının təyin olunması və evin boşaldılması tələbinin icraatdan çıxarılması) üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmalıdır. Hələ ki, ümidimi üzməmişəm. İnanıram ki, 4 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında keçirilən iclasında bu məhkəmə işinə obyektiv baxılacaq və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ədalətli qərarını verəcək”. araz.az.

araz.az xəbər portalı.