Şirvanda Dogruxeber.com saytının baş redaktoru və redaktoru həbs olunublar.
araz.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.
Sayt rəhbəri İlham Həsənov və oğlu Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacağı ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, onlar cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
araz.az xəbər portalı.