Almaniya İrana qarşı diplomatik qalmqal yaradan qərar qəbul edib.
araz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İranın Almaniya vətəndaşı Cəmşid Şarmehdi edam etməsinə cavab olaraq, rəsmi Berlin İranın Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlamaq qərarına gəlib.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Nyu-Yorkda jurnaistlərə bildirib ki, Cəmşid Şarmehdin İran tərəfindən edam edilməsi qəbuledilməzdir: “Almaniya vətəndaşının edam edilməsinin ciddi nəticələrə səbəb olacağını dəfələrlə Tehrana dedik. anlamadılar. İndisə İranın Frankfurt, Münhen və Hamburqdakı 3 baş konsulluğunu bağlamaq qərarına gəldim. Almaniyanın Tehrandakı səfirliyini isə qapatmayacağöıq. Çünki bu, rejimə edə biləcəyimiz ən böyük yaxşılıq olar”.
Nazir bildirb ki, bağlanan 3 konsulluğun ümumilikdə 32 əməkdaşı ölkəni tərk edəcək.
Xatırladaq ki, Almaniya hökuməti indiyədək yalnız bir dəfə belə cəza tədbirini Ukraynaya hücum edən Rusiyaya qarşı tətbiq edib. Berlin Rusiyanın 4 baş konsulluğunu bağlayıb.
Xəbərdə o da deyilir ki, Almaniyanın Tehrandakı səfiri Markus Potzel məsləhətləşmələr üçün Almaniyaya çağırılıb.
Xarici İşlər Nazirliyi almanlara İrana səfər etməmək barədə xəbərdarlıq edib və Almaniya vətəndaşlarından ölkəni tərk etməyi xahiş edib.
Qeyd edək ki, İran kəşfiyyatı həm İran, həm də Almaniya vətəndaşı olan, 2003-cü ildən ABŞ-da yaşadığı bilinən Şarmehdi 2020-ci ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərindən “oğurlayıb”. Şarmehd 2023-cü il fevralın 21-də məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib. Onun barəsində çıxarılan qərar bu günlərdə Ali Məhkəmədə təsdiqləndikdən sonra edam edilib.
araz.az xəbər portalı.