celsi-final.jpgUEFA Avropa Liqasında final oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 2018-2019 mövsümünün son matçı paytaxtımızda oynanılıb.

Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi – Londonun “Çelsi” və “Arsenal” komandaları üz-üzə gəlib. Görüşdən 4:1 hesablı qələbə ilə ayrılan “Çelsi” kuboka sahib olub.

 

Avropa Liqası

Final

29 may

23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə) – 4:1
Qollar: Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1), Eden Hazard, 72 (4:1)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu

araz.az xəbər portalı.