Noyabrın 6-da Dövlət Özəlləşdirmə Çeklərinə (DÖÇ) 40 000 manat ekvalentində özəlləşdirmə əmlak payı verilməsi barədə Bakı İnzibatı Məhkəməsində 86 vətəndaşın iddia ərizəsinə baxılacaq. Məhkəmə iclası saat 11:20-də başlayacaq.

Bütün qeyrətli hüquq müdafiəçilərindən, jurnalistlərdən, QHT rəhbərlərindən, blogerlərdən xahiş edirik: məhkəmədə iştirak edin və xalqa dəstək olun ki, cinayətlərə son qoyulsun.

Bildiyiniz kimi hər bir problemi öyrənmək və həll etmək üçün həmin ixtisas üzrə ekspert rəyinə əsaslanmaq vacibdir. Dövlət Özəlləşdirmə Paylarının (DÖP) mülkiyyət hüququ olduğu artıq hüquqşünas alimlər tərəfindən aparılan araşdırmalar ilə təsdiq olunub. Bu barədə deputatlar, yüzdən çox hüquqşünas, ölkəmizin tanınmış ziyalıları, siyasətçiləri, ağsaqqalları mətbuatda son 2 ildə çoxsaylı müraciətlər ediblər. DÖÇ-lər və DÖP-lər barədə elmi praktiki jurnallarda konstitusiya hüququ və mülkiyyət hüququ üzrə Konstitusiya Məhkəməsinin, Ali Attestasiya Komissiyasının ekspertləri olan 10-dan çox hüquqşünas alimin çox sayda elmi-praktik məqaləsi çap olunub.

ƏN ƏSASI Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyevin tarixi sosial ədalət strategiyası, 1995-ci ildə nazirlərin, deputatların və yüzlərlə məmurun iştirak etdiyi özəlləşdirməyə həsr olunmuş respublikada iqtisadi islahatların həyata keçirilməsinə dair geniş müşavirəsi zamanı YEKUN NİTQİNDƏ öz əksini tapıb. Orada Ulu Öndərimiz özəlləşdirmə payını PUL formasında və ya QİYMƏTLİ KAĞIZ formasında verilməsindən asılı olmayaraq, hər bir vətəndaşın zamana tabe olmadan alacağını dəfələrlə səsləndirib. Bu, həm Ulu Öndərimizin Xalqa Tarixi Ədalət Vədi kimi nitqində, həm də Konstitusiya və qanunlarda öz əksini tapıb və bu gün də öz əhəmiyyətini itirməyib.

Bu gün də birmənalı olaraq mətbuatdakı yazılarda bütün mütəxəssislər özəlləşdirmə paylarının mülkiyyət hüquq olduğunu söyləyirlər. DÖP-lər və DÖÇ-lər qanunla verilib. Unutmayaq ki, DÖÇ-lər mülkiyyət hüququnu təsdiqləyən dövlət qiymətli kağızıdır. Bu fakt DÖÇ-lər üzərindəki yazılarda da öz əksini tapıb. Həmin yazılarda heç bir müddət də qoyulmayıb.

Qeyd edildiyi kimi, DÖP-lərin mülkiyyət hüququ olduğunu anun birbaşa tənzimləyib və bu mülkiyyət hüququnun pul və ya qiymətli kağız formasından asılı olmayaraq bütün özəlləşdirmə dövründə vətəndaşların öz seçimindən asılı olaraq özəlləşdiriləcək hər hansı dövlət əmlakından əldə edilməsi də birbaşa formada qanunla tənzimlənib. DÖÇ-lər haqqında Əsasnamənin hazırlanması da qanunla tənzimlənib və orada da DÖÇ-lərin bütün özəlləşdirmə dövrü üçün ÖDƏMƏ vasitəsi olduğu göstərilib. Və eyni zamanda özəlləşdiriləcək bütün orta və iri dövlət əmlaklarının 65%-nin DÖÇ-lərlə ÖDƏNİLMƏSİ də birbaşa qanunla tənzimlənib.

Qanunda göstərildiyi kimi, dövriyyədə olan DÖÇ-lərin tədavül vasitəsi kimi istifadə müddəti 3 il ilə məhdudlaşdırılsa da, qanunla özəlləşdirmə paylarının pul və ya DÖÇ-lər formasında verilməsindən aslı olmayaraq onların, ÖDƏMƏ vasitəsi kimi istifadəsi heç bir müddət ilə məhdudlaşdırılmayıb. Və ancaq birinci dəfə Ulu Öndərimiz vəfat edəndən sonra, 2004-cu ildə qanuna zidd olaraq DÖÇ-lərin ödəmə vasitəsi kimi istifadə müddəti məhdudlaşdırıldı.

Başqa bir ifadə ilə 2011-ci ildən etibarən DÖÇ-lərin həm TƏDAVÜL, həm də TƏDİYYƏ (ÖDƏMƏ) vasitəsi kimi istifadəsi fərmanla dayandırıldı. Əmlak Komitəsi isə öz fərziyələri ilə bunu DÖÇ-lərin DÖVRİYYƏDƏN ÇIXARILMASI kimi dəyərləndirərək hüquqi qüvvə verməyə çalışır. Bu isə öz növbəsində Konstitusiya və qanunlara tam ziddir. Çünki qanunla verilən özəlləşdirmə paylarının pul və ya DQK olan DÖÇ-ləri ilə verilməsindən asılı olmayaraq, necə dövriyyədən çıxarılmalı olduğunu birbaşa qanun tənzimləyir (445 nömrəli Qanunun 19.1-ci maddəsi). Lakin sonradan Əmlak Komitəsi və bəzi oliqarx məmurlar tərəfindən edilən hüquqi səhvlər nəticəsində hüquqa tam zidd olaraq və cənab Prezidentin etibarından sui-istifadə edilməklə, qanunla bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi nəzərdə tutulan DÖP-lərin istifadəsi birinci dəfə 2004-cü ildə məhdudlaşdırılaraq, 2011-ci ilin 1 yanvardan tam ləğv olundu.

Ancaq onların DÖVRİYYƏDƏN ÇIXARILMASI barədə heç vaxt dövlət orqanları tərəfindən heç bir RƏSMİ məlumat verilmədi. Aşağıdakı bütün faktlar Əmlak Komitəsinin yalan üzərində qurulmuş fərziyyəsi olduğunu və 4 dövlət orqanının rəsmi sənədləri ilə DÖÇ-lərin hələ də qanunla dövriyyədə olmasını təsdiq edir. Belə ki, ilk dəfə 2018-ci il tarixində Əmlak Komitəsinin “LEGAL.AZ” hüquq şirkətinə verdiyi cavab məktubuda qanunları pozaraq bildirdilər ki, Dövlət Özəlləşdirmə Payları (Çekləri) 2011-ci ildən dövriyyədən çıxarılıb. Həmin vaxta qədər Əmlak Komitəsi onlara müraciət edən vətəndaşlara özəlləşdirmə çeklərinin 2011-ci ilin yanvarında TƏDAVÜL və TƏDİYYƏ vasitəsi kimi istifadəsinin Fərmanla başa catdığını yazırdılar və onların 2011-ci ildən dövriyyədən çıxarılması barədə heç bir məlumat vermirdilər.

İndi cinayətin necə və kimlər tərəfindən törədildiyini aşağıdakı faktlarla sübut edəcəyik:

Birincisi, Azərbaycan Respublikası Qiymətli Kağızılar üzrə Dövlət Komitəsinin (QKDK) arxivinin 2016-cı ilə qədər olan məlumatlarında deyilir ki, “hal-hazırda Azərbaycanda veksellər, çeklər, istiqrazlar, səhmlər, depozit sertifikatı, ipoteka kağızı, opsion, fyuçers, mənzil sertifikatı, Mərkəzi Bankın notları və özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir”.

Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir? 2011-ci ildən 2016-cı ilə kimi yazılırdı ki, “hal-hazırda Azərbaycanda özəlləşdirmə çekləri dövriyyədədir”.

İkincisi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bizə göndərdiyi 23.10.2017-ci il tarixli məktubunda deyilir ki, “2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur”.

Göründüyü kimi, dövlət özəlləşdirmə payları 23.10.2017-cı il tarixində hələ də dövriyyədə idi. Həmin tarixdən sonra da bu paylar kompensasiya edilərək dövriyyədən çıxarılmadı, sadəcə olaraq tədavül vasitəsi və ödəniş vasitəsi kimi istifadəsi 2011-ci ilin yanvar ayının 1-dən bəri qadağan edildi. Bu durum isə dövlət özəlləşdirmə payları sahiblərinin öz mülkiyyət hüquqlarından istifadə imkanını demək olaraq ki, ortadan qaldırdı.

Hal-hazırdakı dövlət özəlləşdirmə payları hələ də QANULA dövriyyədə olduğu halda, biz həmin payların mülkiyyətçiləri olaraq öz konstitusion hüquqlarımızdan istifadə edə bilmirik. Buna səbəb isə həmin paylar üzərindəki mülkiyyət hüquqlarımızın Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına zidd olaraq cavabdeh idarələr tərəfindən məhdudlaşdırılması, pozulmasıdır.

Üçüncüsü, əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 15 iyul 2004-cü il tarixli 95 nömrəli QƏRARINDA 2011-ci ildən 2022-ci ilə qədər 6 dəfə dəyişiklik edilib:

19 oktyabr 2011-ci ildə 168 nömrəli yeni Qərarla dəyişiklik edilib.

11 dekabr 2012-ci ildə yenə də 300 nömrəli Qərarla dəyişiklik edilib.

14 fevral 2014-cü ildə 46 nömrəli Qərarın 21 bəndi ilə dəyişiklik edilib.

13 may 2016-cı ildə 195 nömrəli Qərarın 27 bəndi ilə dəyişiklik edilib.

7 mart 2019-cu ildə 82 nömrəli Qərarın 9 bəndi ilə dəyişikliklər edilib.

5 avqust 2022-ci ildə 285 nömrəli Qərarın 8-ci bəndi ilə dəyişiklik edilib.

Bundan başqa DÖP-lər ilə bağlı Nazirlər Kabinetinin başqa bir – “Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il tarixli 276 nömrəli QƏRARI da var.

Dördüncüsü, Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanı ilə təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan, 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib.

Hesab edirik ki, işin düzgün araşdırılması üçün yuxarıdakı hüquqi hallar qiymətləndirməli və məhkəmə izah verməlidir. Əgər bunlar belə deyilsə və çeklər dövriyyədən çıxarılıbsa, necə olur ki, 4 dövlət orqanı öz RƏSMİ sənədlərində DÖÇ-lərin hələ də öz hüquqi qüvvəsini itirmədiyini təsdiq edir.

Göründüyü kimi, DÖÇ-lər Qanunla bu gün də Dövlət Qiymətli Kağızıdır. Bu səbəbdəndir ki, 10-dan çox hüquqşünas alim, yüzdən çox hüquqşünas (hətta Yeni Azərbaycan Partiyasının üzvləri olan hüquqşünaslar və deputatlar da) bu hüquqi faktı açıq-aydın mətbuatda və “Youtube” kanallarında söyləyirlər. Ziyalılar, deputatar, hüquqşünaslar, siyasətcçilər, YAP ağsaqqalları, hətta prezident seçkiləri zamanı 6 prezidentliyə namizəd vətəndaşların hüquqlarının pozulduğunu və ədalətin tezliklə bərpa olunacağına inandıqlarını bəyan ediblər.

Əmlak Komitəsi isə öz mülahizələri və qanunsuz hərəkətləri ilə qiymətli kağızlar barədə yanlış məlumatlar verərək, 28 ildir özəlləşdirmə paylarını ümidlə saxlayan insanları öz paylarını su qiymətinə “qara bazar”da satmağa məcbur edir. Hüquqşünas alimlərin də dediyi kimi, Qanunla dövriyyədə olan DÖP-lərin dövriyyədən çıxarılması barədə YANLIŞ MƏLUMAT VERİRLƏR. Əmlak Komitəsinin 75 nömrəli fərmanda olan 1.2 bəndini hüquqi səhvlərə yol verərək belə yozması və 2011-ci ildən özəlləşdirmə paylarının Konstitusiyaya və qanunlara ZİDD olaraq dövriyyədən cıxarıldığını söyləməsi bütün məsuliyyəti öz üzərləridən atmağa cəhd kimi qəbul oluna bilər.

Hesab edirik ki, Əmlak Komitəsi öz yanlış mülahizələri ilə qanunu pozur. Eyni zamanda məhkəməyə yazlmış iddia ərizəsindəki faktları nəzərə alaraq hesab edirik ki, Əmlak Komitəsi Konstitusiya və qanunları pozmaqla həm də CİNAYƏT törədir. Bu günə qədər RƏSMİ OLARAQ dövlətə məxsus heç bir mətbuat orqanı DÖÇ-lərin dövriyyədən çıxarılması barədə heç nə YAZMAYIB. Hətta Əmlak Komitəsinin özü belə heç bir yazı – elan verməyib.

Qanunla dövlət qiymətli kağızları (DQK) dövriyyədən çıxarılmamışdan 1 ay əvvəl emitent özü mətbuatdan ELAN verməlidir. Burada mütləq qeyd etməliyik ki, əgər biz Əmlak Komitəsinin FANTAZİYASI olan “Özəlləşdirmə çekləri 2011-ci ildən dövriyyədən çıxarılıb” ifadəsinin əsassız olduğunu hesab edərək, DÖÇ-lərin infilyasiyadan qorunan maddi ekvivalentinin hesablanaraq bütün özəlləşdirmə dövrü üçün ÖDƏMƏ vasitəsi kimi istifadəsi barədə nəticəyə gəlsək, təbii ki, qanuna uyğun hərəkət etmiş olarıq.

Məhz burada hüquqşünas alimlərin – Konstitusiya hüququ, mülkiyyət hüququ və DQK-lar üzrə Konstitusiya Məhkəməsinin, Ali Atestasiya Komissiyasının ekspertləri olan 10-dan çox hüquqşünas alimin elmi-praktik araşdırmaları, eyni zamanda yuxarıda adları çəkilən 4 Ali Dövlət orqanının rəsmi məlumatları HÜQUQİ FAKTLAR kimi qəbul olunmalıdır. Əks durumda, yəni Əmlak Komitəsinin “Özəlləşdirmə çekləri 2011-ci ildən dövriyyədən çıxarılıb” fərziyyəsinin doğru olduğunu hesab etsək və yuxarıda adları çəkilən dövlət orqanları da bu yalanın doğru olduğunu TƏSDİQ edərsə, bu halda İDDİA ƏRİZƏSİNDƏ göstərildiyi kimi, bu halda Əmlak Komitəsinin və cavabdeh dövlət orqanlarının Konstitusiya və qanunlara ZİDD olaraq mülkiyyət hüququnu təsdiq edən DÖÇ-lərin Kompensasiya ödənilmədən dövriyyədən çıxarılması deməkdir.

DİQQƏT EDİN! Hər iki halda vətəndaşların iddia ərizəsi məhkəmə tərəfindən araşdırılmalı və cavabdeh dövlət qurumları məhkəmədə dindirilməlidir. Hüquqi terminlərlə MANİPULİYASİYA BARƏDƏ qeyd edək ki, 2000-ci ildə fərmanla qəbul olunmuş Dövlət Özəlləşdirmə Proqramının ilk redaksiyasının 7.2 və 7.4 bəndində deyilirdi ki, “DÖÇ-lər dövriyyədən çxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq”.

Göründüyü kimi, burada TƏDAVÜL-dən deyil, DÖVRİYYƏ-dən cıxarıldıqdan sonra” deyilir. Çünki DÖÇ-lər dövriyyədə qaldığı müddət ərzində qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir.

22 iyun 2010-cu il tarixli 283 nömrəli fərmanla bu bəndləri dəyişdirib, əvəzində DÖÇ-lərin DÖVRİYYƏ-dən deyil, TƏDAVÜL-dən çıxarıldığı halda yazıldı. Hesab edirik ki, bu durum mülkiyyət hüquqlarını pozub. Bildiyiniz kimi, Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdəndir.

Məhkəməyə verilmiş iddia ərizəsinə imza çəkənlərin sayı 686 olmasına baxmayaraq, öz haqqını tələb edən insanların sayı yüzminlərlədir. Artıq bəziləri Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ediblər. Respublikamızda məhkəmələr düzgün qərar vermədiyi halda narazı qalan vətəndaşlar yenə Avropa Məhkəməsinə müraciət etməli olacaq və şikayətlərin sayı artacaq.

Hesab edirik ki, bu problemin ölkə daxilində həll olunması vacibdir. Bizim Demokratik və Hüquqi Dövət imicimizə Əmlak Komitəsindəki məmur özbaşınalığı nəticəsində LƏKƏ salınır.

Ölkənin tanınmış ziyallarının fikirləri ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

Hüquqşünasların hökumətdən ədalət tələbi – ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ

Özəlləşdirmə çekləri: hüquqşünaslardan hökumətə çağırış

Özəlləşdirmə çekləri: məmur maxinasiyası və cinayət

Özəlləşdirmə çekləri: deputatlardan hökumətə müraciət

Azərbaycanda bir ilk və deputatlardan hökumətə çağırış

Ziyalılar hökuməti ədalətə səsləyir – Özəlləşdirmə çekləri və bir milyon insanın haqqı

Özəlləşdirmə çekləri tədavülə qaytarılsın – Yüzlərlə ziyalını birləşdirən hədəf

“Yüzminlərlə vətəndaşın haqqını bərpa edin” – Ziyalılardan çağırış

Özəlləşdirmə çekləri və dövlətin vədi – Siyasətçilərdən hökumətə səsləniş

Aşağıdakı videolarda hüquqşünas alimlərin araşdırmaları və xalqa müraciətləri ilə tanış ola bilərsiniz:

Və sonda bir daha DÖÇ-lərini 28 ildir ümidlə saxlayanlara səslənirik: ÇEKLƏRİNİZİ SATMAYIN!

Hörmətlə: “Özəlləşdirmə Çekləri Qrupu”

AYDIN GƏRAY.

 

araz.az xəbər portalı.