Bakı metrosunda dəhşətli hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, bir neçə dəqiqə əvvəl metronun “28 May” stansiyasında bir nəfər qatarın altında qalıb.
Hadisəni təsdiqləyən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hələ ki, həmin şəxsin kimliyinin müəyyən olunmadığını bildirib.
Qeyd edək ki, hadisəyə görə qatarların intervalında ləngimə yaranıb.
***
B. Məmmədov “Qafqazinfo”ya bildirib ki, Asya Əmirova adlı qadının 54 yaşı var:
“O, intihar etmək məqsədiylə özünü qatarın altına atıb. Operativ müdaxilə nəticəsində həyatını xilas etmək mümkün olub, ayağında isə kiçik əzilmə qeydə alınıb. Hazırda xanım xəstəxanaya aparılıb.
Metropoliten sözçüsü əlavə edib ki, artıq qatarların intervalı bərpa olunub.
araz.az xəbər portalı.