Ermənistan Baş naziri Nikol Paşinyan və arvadı Anna Akopyan fransız musiqisinin müşayiəti ilə, avtomobil səyahətinə çıxıb. araz.az xəbər verir ki, bu barədə görüntüləri Nikol Paşinyan özü səhifəsində “Voila” adı ilə paylaşıb. Qeyd edək ki, onun avtomobil idarə etməsi, həm də fransız musiqisinin sədaları altında birmənalı qarşılanmayıb. Paşinyanın bu paylaşımı “pis təqlid” adlandırılıb.