Müdafiə Nazirliyinin daha bir generalı tutduğu vəzifəsindən azad olunub. Daha doğrusu, araz.az-a daxil olan məlumata görə, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən çıxarılaraq, sərəncama götürülüb.

Təsdiqlənən məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə, bir vaxtlar Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olmuş polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.

Yeri gəlmişkən onu da eyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da bir vaxtlar Müdafiə Nazirliyinə aid olan bir qurumda vəzifə sahibi olub. Dəqiq desək, o, Ali Hərbi Məktəbin maliyyə xidməti rəisi vəzifəsində işləyib. Bir müddət əvvəlsə,  Fuad Xəlilov həm də Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə verib.

araz.az xəbər portalı.