Baş redaktor: “Redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarını araşdırdığımız zaman, məhz bu qənaətə gəlmişik”.
Prezident İlham Əliyevin 1 mart 2019-cu il və 15 aprel 2019-cu il tarixdə imzaladığı müvafiq sərəncamlara əsasən, birinci qrup Qarabağ əlillərinin, anadangəlmə 1-ci qrup əlillərin baxıcılarına və müharibə veteranlarına, hər ay 50-80 manat təqaüdün verilməsi nəzərdə tutulur…
Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin korrupsiyalaşmış komandası, Prezident İlham Əliyevin sərəncamını nəinki yerinə yetirmir, hətta sərəncamdan ən yüksək səviyyədə bəhrələnir, onsuz da dolu olan xəzinələrini daha da doldururlar…
Belə ki, nazirliyin yerli şöbələrində insanları göz görəsi aldadır, onları ələ salır və onları məcbur edirlər ki, sərəncamların tələblərindən irəli gəldiyi kimi, iki təqaüdü deyil, yalnız birini seçsinlər.
Məsələn, əgər bir vətəndaş həm birinci qrup müharibə əlilidirsə, ona baxana baxıcı pulu düşür. Eyni zamanda o, həm də müharibə veteranıdır. O halda ona, prezidentin sərəncamlarından birini şamil edirlər ki, guya yalnız bir təqaüdü seçməyə qadirdir.
Halbuki, Prezidentin müvafiq sərəncamlarından sonra, iqtisadçı ekspertlər telekanallarda dönə-dönə çıxışlar edərək, sərəncamların mahiyyət və tələblərini xalqa izah etmişlər. Əsas da, əhaliyə o izah olunmuşdur ki, bu təqaüdlər fərqlidir və onlar bundan sonra, hər ay veteranlığa görə 80 (səksən) manat, 1-ci qrup əlilliyə görə isə, onlara xidmət edənlərə 50 (əlli) manat qulluq pulu alacaqlar. Yəni hansısa təqaüd, digəri ilə əvəz edilə bilməz.
Əks təqdirdə, sərəncamlara müvafiq xüsusi bəndlər əlavə edilərdi.
Əfsuslar olsun ki, ümidsiz təqaüdçüləri aldadırlar. Çünki sərəncamda elə bir bənd göstərilməyib ki, vətəndaşa təqaüdlərdən yalnız biri şamil olunmalıdır. Azərbaycanda elə yüksək maaş alan (iki-üç min manat) vəzifəli şəxslər var ki, həm veteranlıq pulu alırlar. Belə əlillər də var ki, həm əlilə baxıcılıq təqaüdləri alırlar, həm veteranlıq, həm də əlillik təqaüdü alırlar. Təbii ki, əgər bu imtiyazlar onlara şamil olunursa, o zaman niyə də almasınlar?!.
Yerli rayon şöbələrini nazirliyin müdafiə etməsindən də belə çıxır ki, bu imtiyazlı şəxslərdən tutulan pullar, şəxsən Sahil Babayeve çatır.
Sahil Babayev sürətlə varlanmaq naminə hətta, Prezidentin sərəncamına qarşı çıxır və sələfi Səlim Müslümovun “ölənlərinə rəhmət oxutdurur”.
Qarşı tərəfin əsaslı arqumenti olduğu halda, jurnalistika prinsiplərinə uyğun olaraq, münasibətlərini dərhal dərc etməyə hazırıq.
Fariz Quliyev,
“Araz Media” xəbər portalının baş redaktoru.
araz.az xəbər portalı.