senol-gunes.jpg“Bura yorğun, amma ümidlə gəlmişdik. İlk 30 dəqiqəni çıxmaq şərti ilə yaxşı oynadıq. Futbolçular qələbə qazanmaq üçün çalışdılar. Uduzduğumuz üçün məyusuq. Avro Avro-2020-nin final mərhələsinə vəsiqə qazanacağımızı söyləyə bilərik. Bunu bacara biləcək komandamızın olduğunu düşünürəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində səfərdə İslandiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında dreyib.

O, 9 xalı olan Fransa, İslandiya və Türkiyə arasında yarışın davam edəcəyini bildirib: “Bu, bir marafondur. Fransa həmişə favorit olacaq. Ona görə əsas rəqibimiz İslandiyadır. Fransanı yox, İslandiyanı məğlub etsəydik, daha yaxşı olardı. Təqvim bizdən asılı deyil. Fransadan sonra burada oynadıq. Bu çətinliklərə baxmayaraq, oyunun 30-cu dəqiqəsindən sonra futbolçularım yaxşı çıxış etdilər”.

Ş.Günəş özlərinə güvəndiklərini də söyləyib: “Öz işimizi görəcəyik, yolumuza davam edəcəyik. Uduzduq, amma yarış davam edir. Zədəli futbolçuların olması komandaya mənfi təsir etdi. Üç gündən bir oyuna çıxmaq da çətindir”.

araz.az xəbər portalı.