Məlumatda o da bildirilir ki, Turan Rəfiyev təyin edilən vaxtdan bir gün öncə, çox əsəbi halda Mərkəzə daxil olaraq, direktorun üstünə hücum edib, Yumruq zərbələri ilə hücuma keçən direktor, Mərkəz rəhbərini təhdid və söyərək, təhqir etməkdən belə çəkinməyib.
Mərkəz rəhbərinin şikayətindən sonra, Turan Rəfiyev barəsində protokol tərtib edilib. Astara Rayon Məhkəməsinin çıxardığı qərarla, məktəb direktoru törətdiyi xuliqanlıq əməlinə görə, yalnız cərimə edilib. Həqiqətən də, bu, törədilən bu bəd əmələ görə, qanun çərçivəsində nəzərdə tutulan cəza deyil.
Mövzu diqqətimizdədir və yazını davam etdirəcəyik.
Səməndər QURBANOV,
araz.az xəbər portalı.