İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə istintaq başladıb.
araz.az xəbər verir ki, istintaq çərçivəsində məşhur aparıcı Mehmet Ali Erbil də daxil olmaqla, 20 nəfər saxlanılıb. Həmçinin qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu deyilən və axtarışda olan müğənni Serdar Ortaç da həbs olunub.
Onu da qeyd edək ki, həbs olunanlar arasında tanınmışlar çoxluq təşkil edir. Onların bu yolla milyonlar qazandıqları barədə xəbərlər var.
araz.az xəbər portalı.