Son iki gündə Tik-tok-da bakılıların dənizkənarı bulvarda gördükləri balina haqqında “xəbər” yayılıb. Ən çox “müşahidə edənlər” video göstərərək, heyvanın ölçüsünü şərh ediblər. Sonra digər “şahidlər” bunun balina yox, köpək balığı olduğunu bildiriblər. Daha sonra sualtı qayıq haqqında versiya ortaya çıxıb.
Cəfəngiyyat 11 noyabr günortaya qədər davam edib. İş o yerə çatıb ki, yerli telekanallardan biri öz müxbirini hadisə yerinə göndərib və o, balinanı göstərərək bildirib ki, Belçikadan olan mütəxəssislər xüsusi olaraq Bakıya gəliblər və bu heyvanın haradan gəldiyini araşdırırlar. “Jurnalisti” o qədər maraq bürüyüb ki, belçikalıların balinanın cəsədini necə yuduqları və heç kimi onun yanına buraxılmadıqları haqda danışmağa başlayıb.
Adamları cəsədin yanına buraxdıqdan sonra məlum olub ki, bu, həqiqi heyvan deyil, maketdir. Bəzi ağıllılar bunun mavi balina maketi olduğunu bildirməyə tələsiblər, əslində bu, kaşalotdur.
Hələlik heç kim izah etməyib ki, dənizkənarı bulvarda bu maketi kim və niyə qoyub. Ancaq balina cəsədi ətrafında ajiotaj əhalinin ümumiyyətlə təbiət və Xəzərin faunası haqqında biliklərinin hansı səviyyədə olduğunu göstərir. /turan.az/
araz.az xəbər portalı.