DSC_9643.jpgBeynəlxalq Qəzetçilər Cəmiyyətinin (Kuresel Gazeteciler Konseyi; Global Journalism Council) baş direktoru Mehmet Əli Dim Azərbaycan Mətbuat Mətbuat Şurasında olub.

Parlament Jurnalistləri Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə media əlaqələrinin hazırkı vəziyyətindən söhbət açaraq bildirib ki, hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri jurnalistlərin də qarşılıqlı əməkdaşlığının güclənməsinə təsir göstərməkdədir. MŞ sədri eyni zamanda mövcud sahədə görüləcək işlərin çoxluğuna diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası Türkiyə ilə bağlı məsələlərdə hər zaman monolit mövqedən çıxır edir. Bu mövqe qardaş ölkənin dövlətçilik maraqlarının nəzərə alınmasına söykənmiş yaradıcılıq dəst-xəttinə əsaslanır. Ə.Amaşov rəhbərlik etdiyi qurumun xaricdəki nüfuzlu media təşkilatları ilə əlaqələrindən də söz açıb və vurğulayıb ki, qarşılıqlı əməkdaşlıqda başlıca məqsəd beynəlxalq miqyasda Azərbaycanla bağlı obyektiv rəyin formalaşmasına dəstək göstərməkdən, təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

M.Ə.Dim Azərbaycana səfərinin məqsədləri barədə məlumat verərkən bildirib ki, Beynəlxalq Qəzetçilər Cəmiyyəti tərkibində Türkiyə ilə yanaşı dünyanın bir sıra ölkələrinin jurnalistlərini də birləşdirir. BQC-nin kifayət qədər geniş platforma olduğuna dair fikirlərini bölüşən sədr əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi məsələlərin, mövcud xüsusda Azərbaycanın ədalətli mövqeyinin, həmçinin turizm potensialının təbliği üçün qurumun daha sıx fəaliyyət göstərməsinə ehtiyac duyulmaqdadır. O, səfərin bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Görüşdə Türkiyənin bəzi media qurumlarında zaman-zaman Azərbaycanla bağlı yanlış məlumatların yayıldığına, bunun ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirildiyinə dair fikir mübadiləsi də aparılıb. Belə mənfi təmayüllərə qarşı mübarizə aparılmasının zəruriliyi əsaslandırılıb, qarşıdakı vəzifələr əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.

 

araz.az xəbər portalı.