İstanbulda keçirilən Türk Dünyasının “Kızıl Elma ödül töreni”ndə Azərbaycanda fəal olan “Əbədi Birlik” Gənclər İctimai Birliyinin üzvləri mükafatlara layiq görülüblər.

Bu barədə araz.az-ın əldə etdiyi məlumata görə, Koray Bozat və Atakan Taşurun təşkilatçılığı ilə keçirilən mükafatlandırma gecəsində “Əbədi Birlik“ Gənclər İctimai Birliyinin fəxri üzvləri və dəstəkçiləri olan Şimali Kipr Parlamentinin sədri Zorlu Töre  “Türk Dünyası Kızıl Elma Siyaset Onur Ödülü”, Özbəkistandan olan Andican millət vəkili Azizbek Omonov “Türk Dünyası Siyaset Başarı Ödülü“ və “Əbədi Birlik“ Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev “Azerbaycanın En İyi Genç Siyasetçisi” mükafatlarına layiq görülüblər. Mükafat alanlar sırasında digər tanınmış gənclər də yer tutublar.

İş dünyasından siyasətə, sənət camaatı arasından ictimai həyata bir çox önəmli adın bir araya gəldiyi mükafatlandırma gecəsində “Dildə, Fikirdə, İşdə Birlik!” şüarı xüsusi vurğulanıb. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər. 

Tahir HÜSEYNOV,

araz.az xəbər portalı.