Avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir. Sosial şəbəkədə yayılan məlumatlara əsasən, Nazim Böyükzadə adlı şəxs avtomobil kirayəsi ilə bağlı dələduzluq edir.
araz.az milli.az-a istinadən xəbər verir ki, sözügedən şəxs əvvəlcə avtomobil kirayə götürərək, onu dəyərindən aşağı qiymətə metalloma satır və əldə etdiyi pulla yoxa çıxır.
Bu şəxsin sabit bir yaşayış ünvanı olmadığı bildirilir. O, müxtəlif ərazilərdə qısa müddətli kirayə evlər tutaraq, orada tanış olduğu insanlardan pul alır, kirayəni ödəmədən isə evdən gecə qaçır. Həmçinin avtomobil alqı-satqısı ilə əlaqəli səhifələrdə reklam verərək, alıcıları aldatmağa çalışır.
Faktla bağlı araşdırmalar başlayıb və iş hazırda məhkəmədədir.
araz.az xəbər portalı.