İtaliyada həbsxanada olan və Türkiyənin isə hələ də “qırmızı bülleten”lə axtarışa verdiyi mafiya lideri Barış Boyunun liderlik elədiyi kriminal dəstəyə qarşı İstanbulda növbəti əməliyyat keçirilib.
araz.az Türkiyə mətbuatına istandla xəbər verir ki, bu barədə İstanbul polisi məlumat yayıb.
Məlumatda deyilir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Şişlidə avtoyuma məntəqəsinin yağmalanması, Bağcılarda avtomobil satıcısının yağma məqsədi ilə təhdid edilməsi və Esenyurtda E.K. adlı şəxsə məxsus avtomobilin yandırılması və Pendikdə biznes sahibi olan M.M.N.A-a “xərac” kəsilməsi və sair cinayətlərin izi bu mafiya üzvlərinə gedib çıxıb: “Həyata keçirilən əməliyyatla 15 şübhəlidən 2-nin xaricdə, 2-nin isə həbsxanada olduğu müəyyən edilsə də, qalan 11 kriminal şəxs qandallanıb. Onlardan ikisinin yaşı 18-dən az olduğundan polis nəzarətinə verilib. Qalan 9 nəfər haqda isə həbs qətimkan tədbiri seçilib”.
Xəbərdə o da deyilir ki, saxlanılanların ev və iş yerlərindən xeyli qanunsuz silah və əşya-dəlillər götürülüb
araz.az xəbər portalı.