Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Cəlilov vəzifəsindən uzaqlaşdırılıb. araz.az əldə etdiyi məlumata görə, o, yeni vəzifəyə təyinat alıb.
O. Cəlilov Bakupost.az -a açıqlamasında xəbəri təsdiq edib. Bununla belə, hansı vəzifəyə təyinat aldığını açıqlamayıb: “Vaxtı çatanda özüm bu haqda bildirəcəm”.
Onu da qeyd edək ki, o, bu il may ayında nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunmuşdu.
araz.az xəbər portalı.