Qonşu ölkə olan Rusiya Federasiyasında son günlər baş verən fasiləsiz mitinqləri Prezident Vladimir Putin əleyhinə növbəti siyasi etirazlardan biri də saymaq olar… Amma ölkə paytaxtını bürümüş bu narazılıq dalğasının getdikcə bütün Rusiya boyu geniş yayılması artıq ölkədə vətəndaş müharibəsinin ilkin əlamətlərindən xəbər verir.
Vəziyyəti təhlil etmək lazımdır: ötən il Rusiyada ilk dəfə siyasi partiyadan Prezident seçkilərinə namizəd qatılmamış ilk Xalq nümayəndəsi olan Prezident V.V.Putini Mosva Meriyası Dumasına hazırkı seçkilərdə deputat irəli sürülmüş müstəqil namizədlərə qarşı “düşmən tərəf” olaraq görürük?! Əcəba, bu, doğrudan mı belədir?..
Hələ bundan neçə illər xeyli əvvəl tez-tez Rusiya Federasiyasının da eynilə Çar Rusiyasının taleyini yaşayacağının anonsları verilirdi. “Məşum 2017-Cİ İL” ilə bağlı ssenarilər baş tutmadı. Vladimir Vladimiroviç özünün legitim simasını dünyaya sübutlamaq üçün siyasi müharibə teatrında təkbətəkə çıxdı. Və rəqibləri üzərində parlaq zəfər çaldı.
Rusiya Prezidentinə həmin seçkilərdə mən də beynəlxalq dəstək vermişəm. Düşünmürəm ki, bu səhv addım olub… Əslində biz Postsovet məkanının üzvü olduğumuzdan qonşu ölkələrdə baş verənlərin bir-başa təsiri altındayıq. Keçmiş SSRİ məkanındakı bütün vətəndaş hüquqi sistemləri eyni proambulaya malikdir. Formal hüquq sistemləri olaraq, onlaqrın heç birində maddi hüququn mexanizmləri mövcud deyil. German/Roma hüquq sistemi olaraq, bu ölkələrdəki “ƏDALƏT” yekunda hakimin şəxsi vicdanına söykənərək verdiyi qərarlar üzərində DURMUŞDUR. Anqlosaks hüquq sistemindəki insident mexanizmləri haqqında ümumiyyətlə danışmağa dəyməz. Eyni cinayətlə onlarca vətəndaş onlarca fərqli cəzaya və ya cəzasızlığa məhkum edilə bilər…
Kommunist sistemi dağılandan sonrakı dövrdə uzun müddətlik düşüncə və təhlillər apararaq gəldiyim nəticə belədir ki, hər bir İnsanın ən mühüm ləyaqət ölçüsü onun Şərəfidir. Şərəf vəd ilə onun
yerinə yetirilməsi prosesinin tam uzlaşdırılması deməkdir. Vəd verib, ona əməl etməmək Şərəfsizliyin mahiyyətidir. Bəli, vaxtilə I və II Cahan savaşları ərəfəsində dahi alman filosofu Osvalt Şpenqler qələmə aldığı məşhur “Avropanın qürubu” (1918-ci ildə nəşr edilib) əsərində yazırdı ki, XX əsrin insanları iki imperialist müharibə görəndən sonra, iki imperiyanın- Sosialist və Kapitalist imperializminin süqutu mərhələsini yaşayacaqlar. Postsənaye erasının gəlişi ilə bəşəriyyət daha iki yüz illik kiçik tiranların istibdadı dövrünə qədəm qoyacaqdır. Əlbəttə, hər hansı bir tirandan Şərəf gözləmək ən azı sadəlövhlik olardı…
Mən Rusiya prezidentinə bir avrasiyaçı-yazar olaraq beynəlxalq dəstək verərkən, onun yeni tarixi şəraitdə bütün Avrasiyanın taleyində boynuna düşmüş olan mənəvi yükün ağırlığını və tarixi əhəmiyyətini nəzərdə tutmuşam. Rusiyadakı hadisələr onun ətrafındakı peyk dövlətlərə də bu və ya başqa dərəcədə təsirsiz ötüşməyən hadisələr olub və olacaqdır. Çarizmin çöküşü ilə qədim Qafqaz ölkəsi olan Şirvan Azərbaycanında baş vermiş erməni-müsəlman qırğınlarının SSRİ-nin çöküşü zamanı eynilə təkrarlanması hələ də yaddaşlardan çıxmamışdır. Biz indi də yeni bir tarixi çöküşü – Rusiya Federasiyasının dağılmağa üz qoyduğunu göstərən ümumrusiya siyasi böhranını uzaq və ya yaxından seyr edirik… Rusiyada nə baş verir?.. Kriminal-oliqarxiq Rusiya əleyhinə növbəti mitinqlərin pərdə arxasında nələr durur?
Sözümün əvvəlinə gələrək bəyan edirəm ki, mən Avrasiyanın yeganə Lideri olaraq V.V.Putinə verdiyim beynəlxalq dəstəyin həmin tarixi ərəfədə zəruriliyindən çıxış etmişəm. İndi də belə hesab edirəm ki, PUTİNSİZ RUSİYA AĞ AFRİKA – deməkdir.
Çar Rusiyasının Qafqaz ölkələrinin işğalını başa çatdırdığı XIX əsrin hərbi yekunu onun tarixi çöküşü zamanı aydın şəkildə göstərdi ki, rus xalqı uzun əsrlik Monqol-tatar əsarəti altında qalaraq, xeyli mənəvi deqradasiyaya uğramışdır. Onun başqa (xüsusilə- QONŞU) xalqların yeraltı və yerüstü sərvətlərini talamaq və onların üzərində mənəviyyatsız ağalıqdan əl çəkmək niyyəti yoxdur. XIX əsr Rusiyasının bu Monqol xasiyyəti Ruriklərin Şərqə və Qərbə VARQAQ yürüşlərinin davamı demək idi. Özü üçün öz daxili mənəvi-maddi gücü hesabına sərvət yaratmaq iqtidarında olmayan Rus xalqının başına keçən hər bir “lider” (Razin, Puqaçov, Lenin, Stalin… ) siyasəti belə başa düşürdü ki, rus xalqının “böyüklüyü” onun şəxsi intellektual keyfiyyətində deyil, varyaqlığında, qonşulara talançı yürüşlərində və özü və özgələri üçün yaratdığı Monqol – istibdad rejimindədir.
Sual doğur: Avrasiyanın lideri kimi qəbul etdiyimiz V.V.Putin elə isə bu kriteriyalara nə qədər dərəcədə cavab verir?.. – Mənim fikrimcə, PUTİN-yeni Avrasiyanın qarşısında durmuş tarixi vəzifənin nədən ibarət olduğunu bu gün dərindən başa düşən yeganə siyasi simadır.
Xüsusilə, onun general tarixi şəxsiyyəti deməyə əsas verir ki, rus çarizminin süqutu kimi faciəvi proseslərdən dərs götürmək üçün Putinin ağlı və kamalı yetərincədir. Bu gün Rusiyanı açıq xarici hərbi müdaxilələrdən qorumaq əzmini bir an da itirmədən Rusiya Prezidenti hər şeyə getməyə hazırdır. Bu, qətiyyət və uzaqgörənlik onun mənəvi simasının əsas xarakter cizgisidir. Çar və Sovet Rusiyasını asanlıqla dağıtmış Avropa imperializminin yeni Rusiya üzərinə uğursuz həmlə cəhdləri deməyə əsas verir ki, Qərbin Rusiya (o cümlədən Avrasiya) üzərində planladığı növbəti “təcrübə sistemi” baş tutmayacaqdır.
Gəlin, XX əsrin Rusiyasında baş vermiş hər iki süqutun əsas səbəblərini bir azca araşdıraq. Şirvan Azərbaycanının Neft sərvəti üzərində ROTŞİLD-in emissarı Nobell qardaşlarının inhisarını yaradan Çar Rusiyası otuz ildə Bakı neftindən topladığı QIZIL EHTİYATINI böyük Semin ABŞ daxilində planladığı Federal Ehtiyatlar Sisteminə cəlb edə bilir. 1911-ci ildə mədəni Avropanın bütün əsas siyasi və iqtisadi elitası “Titanik” adlı gəmiyə oturdulub, ABŞ səyahəti bəhanəsilə Sakit okeanın içərisindəki məşhum aysberqə çırpılır… 1914-1920-ci illərdə I Cahan savaşı ilə Avropanın, o cümlədən Çar Rusiyasının gənc nəsli döyüş teatrında məhv edilir. Rotşild və Rokfellərin maliyələşdirdiyi “inqilabçılar dəstəsi” (başda Bladimir Ulyanov – Lenin, Trotski, Stalin… olmaqla) çar II Nikolayı taxtdan devirib, ailəsilə birlikdə o dünyaya göndərir. Deməli, ABŞ-ın Federal Ehtiyat Sisteminin 88,8 %-ni təşkil edən Çar Rusiyasının qızıl ehtiyatı asanlıqla mənimsənilir. Nəticədə, çar II Nikolayın öz xalqının xoşbəxt gələcəyi üçün nəzərdə tutduğu Bakı neft gəlirlərinin Qızıl gücü beləcə qeyb olub gedir…
Nəticədə, dolların Rus qızılına ekvivalentliyi üzərində qurulmuş bir imperialist Dünya gücü meydana çıxarılır ki, buna da indiyədək AMERİKA deyilir. Panamerikanizmə meyllənmiş indiki Rusiyanın “meydan” qəhrəmanları 1990-cı ilin 20 Yanvarında Qədim Şirvanın son paytaxt şəhəri olmuş Bakıda dinc əhalini SSRİ-nin tankları altına aparıb, sonra qaçıb gizlənən “milli inqilabçıların” yolu ilə gedərək, RF-nin baş şəhərinin paytaxt sakinlərini öz ölkəsinin Daxili Qoşunları ilə üz-üzə gətirməyə çalışırlar. Bu, doğrudan da mı Azadlıq və Demokratiya naminə edilir??. İnanan daşa dönsün! 20 YANVAR Qanlı Bakı təcrübəsi BELƏ DEMİR…
Putin bu problemi, əlbəttə, özü özünün başına gətirmir. Oyunların pərdə arxasında Rusiya Federasiyasını parçalayaraq, böhran içərisində olan İslam ölkələrinin gününə qoymaq istəyən beynəlxalq kimliyin hamıya bəlli olduğunu zənn edirəm. Lenin-Stalin totalitarizmi çar Rusiyasının yetişdirdiyi bütün qızıl ziyalı sərvətini məhv etməli idi və bunu içra elədi. II Cahan savaşında isə Stalin sosializmi ABŞ-İngiltərə-Fransa ilə eyni platformada durub, 20 milyon insan təlafatı vermək bahasına Hitler Almaniyasına qarşı savaş açdı. Bunun nə demək olduğu da, yəqin ki, hamıya aydındır.
Çağdaş Rusiya oliqarxik sistem üzərində qurulmuşdur. Onun ətrafındakı peyk dövlətlər də eynilə belədir. Daxili qazanc durmadan xarici banklara axıb gedir. Xam mal ixracı üzərində qurulmuş “milli iqtisadiyyat” Çin məhsulları hesabına daxili bazarı təmin etməyə çalışır. Topdansatış bazaları üzərində yaradılmış proteksionist-oliqarxik nəzarət əhalənin böyük hissəsini kiçik aalverə əsaslanan “azad bazar”da kredit köləsinə çevirməkdə davam edir. Gənc nəslin xoşbəxt gələcəyə heç bir ümidi qalmamışdır. Dövlətin kadr siyasəti anlayışı büdcədən maliyələşən rüşvətxorlardan ibarətdir. Pulsuz səhiyyə və pulsuz təhsil mifi tamamilə dağılıb getmişdir. Polis və məhkəmə sistemi ona şəxsi fayda verməyən heç bir cinayət işinin üstünü açmaq istəmir. Şikayət ərizələri iki-üç ay ərzində Şikayətçinin öz ərizəsini “geri götürməsi” və “ işi könüllü dayandırması” şəkilində həll edilir. Bu neqativ siyahını sonsuza qədər uzatmaq da olar. Məncə, kifayətdir.
Bəli, PUTİN-in federal Rusiya daxilində qarşılaşdığı əsas problelər bunlardır. Əlbəttə, bunların küçə və meydanlarda mitinqlər vasitəsilə həll ediləcəyinə yalnız sadəlövhlər inana bilərlər. Odur ki, qəti əminiyyətlə deyirəm: Rusiya xam mal ixracı siyasətindən daxili intellektlər hesabına məhsul istehsalına keçid sistemini formalaşdırmaldır. Paytaxt Moskva meriyasının Dumasına müstəqil deputatların seçkisində Avrasiya liderinin tutduğu mövqe ən azından loyal xarakter daşımalıdır. Bu onun haqqında dostları arasında formalaşmış pozitiv rəyin qorunub saxlanmasında yeganə postulatdır.
Bu gün Qafqaz ölkələrinin əksəriyyətində müxtəlif istiqamətli dəyişikliklər baş verir. Gürcüstanda parlament böhranı, Ermənistanda yeni kadr siyasəti yürüdüllməsi və s. proseslər deməyə əsas verir ki, Qafqaz bütünlüklə yeni rus təlatüminin içərisindədir. Belə olduğu bir vəziyyətdə Rusiyanın bütün Avrasiya xalqları üçün müsbət tarixi siyasi nümunəsi bu blokun nümayəndələri üçün mühüm həyati əhəmiyyət daşıyır. V.V.Putin yalnız Rusiya Federasiyasının deyil, bütün mütərəqqi dünyanın, o cümlədən Avrasiyanın lideridir. Əlbəttə, bu böyük məsuliyyətdir. Federativ Rusiyanı Prezidentinin bəşəriyyətə verdiyi vədlər müasir dünyamızın tarixi müqəddəratının mühüm bir hissəsidir. Yerinə yetirilən Vədlər isə şərəf deməkdir. Heç vaxt istəməzdik ki, Vladimir Vladimiroviç Putin haqqında dostları arasındakı pozitiv rəy asanlıqla dağılıb getsin. Buqəzavü-qədər eyni zamanda həm də qonşu ölkədə vətəndaş müharibəsi qaçılmaz edə bilər. Bunu da biz əsla arzulamırıq. Rusiyanın parçalanması onun yalnız özü üçün deyil, ətrafındakı ölkələr və xalqlar üçün də yaxşı heç nə vəd etmir… Kapitalist sistemin Partiya idarəçilik mexanizmləri yeni postindustrial dövrümüzün tələbləri ilə ayaqlaşmır. Ümidvaram: V.V.Putin Avrasiyanın baş şəhəri olan Moskvada paytaxt Dumasına deputat seçkilərində daha çox müstəqil nümayəndələrin yanında yer alacaq və dost rus xalqı bu böhrandan ləyaqətlə çıxa biləcəkdir.
AtaTv.az
araz.az xəbər portalı.