Tanınmış həkimin fikirləri efirdə qalmaqal yaradıb. araz.az bildirir ki, “Günü bu gün” verilişində qonaq olan plastik cərrahiyyə və psixologiya üzrə fəlsəfə doktoru, professor Mirəzim Zaidovun “Kişi evə gələndə qadından iy gəlir” sözləri aparıcı Nigar Fərhadı özündən çıxarıb.
Qonağın bu sözləri razılaşmayan aparıcı öz reaksiyasını belə bildirib:
“Biz sizin üçün evi təmizləyirik, silirik, süpürürük, tozu alırıq, uşaq dünyaya gətiririk, bu uşaqların arxasınca qaçırıq, böyüdürük, yeməyi yenə bişirib sizə gətiririk. Biz bunların hamısını edirik və bizdən iy, qoxu gəlir fikri bir xanıma yaraşmır!”.
Mirəzim Zaidov isə cavabında qeyd edib:
“Əgər bir xanım bəzənib çölə gedirsə, kişi evə gələndə də eyni bəzəkdə olmalıdır. Siz evdə yemək bişirdiyiniz paltarı geyinib, daha da cırıq-cırıq paltarlarda kişinin qarşısına çıxırsınız. Biz sevgi ilə sizin yanınıza gəlirik”.
Digər xanım qonaq isə, aparıcının fikirlərini belə dəstəkləyib:
“Necə olur ki, kişi çölə çıxanda başqa xanımdan xoşu gəlir və onunla münasibət qurur. Onu bahalı restoranlara aparır və evdə yemək bişirməsini tələb etmir. Öz xanımına gələndə isə deyir ki, işdən yorğun gəlmişəm, mənə bir qab yemək ver. Niyə günah kişidə yox, qadındadır?!”. /yenisabah.az/
araz.az xəbər portalı.