67088551_1345886098894871_1538040141023543296_n_527.jpgDövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarında çalışan əməkdaşların peşəkar inkişafı üçün təşkil olunan ixtisasartırma təlimlərinin növbəti qrupu ilə görüş olub. Akademiya rəisi Qulu Novruzov gömrük əməkdaşlarını salamlayaraq bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Akademiya rəisi bu görüşün ənənəvi olaraq keçirildiyini diqqətə çatdırıb. Qulu Novruzov təlimlərin daha uğurlu olması üçün qarşılıqlı fikir mübadiləsinin məqsədəuyğun olduğunu deyib.

İxtisasartırma təlimlərinin dinləyicilərinə təqdim olunan proqramın məzmunundan söz açan Qulu Novruzov gömrük xidmətində müasir dünyada texnologiya, innovasiyalar və normativ baza baxımından inkişaf getdiyini bildirib. O, gömrük orqanlarında aparılan islahatlara toxunaraq gömrük əməkdaşlarının qarşısında yeni tələblərin qoyulduğunu, peşəkar inkişafın vacibliyini vurğulayıb.

Akademiya rəisi təlimlərin iştirakçılarına uğurlar arzulayıb. Sonda bir sıra suallar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, gömrük orqanlarında çalışan əməkdaşlar üçün bir aylıq ixtisasartırma təlimlərinin hazırkı qrupunda 55 nəfər gömrük xidməti əməkdaşı təmsil olunur.

araz.az xəbər portalı.