0D09C4F2 10C1 4C47 8F66 EAFBBBC038C8

Bu yazı üçün belə başlığı seçməyim səbəbsiz deyildir. Biz Nifrət dərsini yarımçıq keçdik. Qarşıda isə çətin imtahan gözləyir. Mən çox istərdim ki, müharibə mövzusunda yazan bütün jurnalistlərimiz Mixail Şoloxovun 1942-ci ildə yazdığı «Nifrət dərsi» (orijinal adı «Наука ненависти») hekayəsini oxusunlar. Nə yaxşı ki, dünyanın düz vaxtında, 70-ci illərin sonlarında jurnalistika fakultəsinin müəllimləri bu hekayəni bizə oxudurdular. Sanki bizi nə gözlədiyini qabaqcadan, bəsirətlə bilirdilər. Çünki jurnalist biganə olmamalı, sevə bildiyi qədər nifrət etməyi də bacarmalı idi… 

«Azərbaycanın dostu» kimi tanıdığımız Rusiyalı araşdırmaçı bir dəfə söhbət zamanı bizi ermənilərə patoloji nifrət etməkdə günahlandırdı. Səbəbini soruşdu. Dedim ki, «Nifrət etməyi bizə ermənilər öyrədib. Əgər sən də mənim kimi erməni girovluğundan qaytarılmış qız-gəlinlərin ən doğma adamlarına demədiklərini eşitsəydin, şahid ifadələrini oxusaydın, belə danışmazdın». Çiynini çərdi, cavabı da bu oldu ki, «Burada nə var ki, həyatda hər şey olur». Şoloxovun hekayəsini yadına saldım. Oxumamışdı…

«Nifrət dərsi» müharibə mövzusunda yazılmış ən dahiyanə əsərdir. Hekayənin qısa məzmunu belədir: Hadisə İkinci dünya müharibəsinin ilk aylarında cərəyan edir. Gerasimov familyalı əsgər müharibənin ilk günlərindən cəbhəyə yollanır. Elə birinci döyüşdə geri çəkilsələr də, on beş alman əsgərini əsir götürürlər. Hələ müharibənin nə olduğunu dərk etməyən Gerasimov və səngər dostları əsgərlərlə xoş davranır, onlara «komrad» yəni «yoldaş» deyə müraciət edir, ailələrindən, uşaqlarından hal-əhval tutur, siqaretə, «tuşonkaya» qonaq edir, indiki dillə desək, «humanizm göstərirlər». Təcrübəli zabitin «faşistlər bizimkiləri məhv edirlər» sözlərini isə qulaqardına vururlar. Lakin hərbi hissə hücuma keçəndə, kəndləri bir-bir azad edəndə zorlanmış qız uşaqlarını meyidlərini, doğranmış, yandırılmış qadın və qocaların cəsədlərini görəndə Gerasimovun əvvəlki humanizmindən əsər-əlamət qalmır: «Biz dərk etdik ki, insanlarla deyil, qana susamış köpək sürüsü ilə üzləşirik…». Bu gün Azərbaycan da qana susamış köpək sürüsü ilə üzləşmişdir. Savaş informasiya məkanında da gedir. Lakin təəssüf ki, bu mübarizədə yanlışlıqlarımız da çoxdur. Nifrəti də peşəkarcasına etmək lazımdır…

Fransanın «Librazion» (Azadlıq) qəzetində yayılan bu şəkil 1993-cü ilin aprel ayında Azərbaycanda, bu gün qana susamış köpək sürüsünün əlində olan Kəlbəcərdə çəkilib. Fotonun müəllifi Zaven Xaçikyandır. Gebbels təbliğatının bütün parametrlərinə cavab verən şəkilin altında bu sözlər yazılmışdır: «Azərbaycan Respublikasından olan azərbaycanlı qarı erməni döyüşçülərini öz doğma övladlarından da çox istəyir». Ermənilərin azərbaycanlı dinc əhaliyə “humanist münasibətini” təbliğ edən bu fotoşəkil qısa vaxt ərzində dünyanın bütün ölkələrinə, hətta qonşu İrana da yayılmışdı. «Librazion»nun müxbiri həmin erməni döyüşçüsünün kim olduğunu müəyyən etmək üçün Facebook vasitəsilə yaydığı sorğuya ilk olaraq İstambuldan cavab gəldi. Yerli universitetin professoru Albert Pastor həmin şəxsi tanımış, onun Türkiyə ermənisi və uşaqlıq dostu Sarkis Hatspanyan olduğunu bildirmişdir.

Az sonra Hatspanyanın özü qəzetin ofisinə təşrif buyurmuş və həmin şəkilin 1993-cü ildə Kəlbəcərin «türk işğalından azad olunduqdan sonra» çəkilməsindən, «oğlu yüksək rütbəli polis rəisi olan Şeyxa xanım» (?) adlı girov qarının guya türkcə danışdığı üçün onları Azərbaycan əsgərləri zənn etməsindən, «Buradan gedin, ermənilər gəlir, hamımızı qıracaqlar» deməsindən, lakin «səmimi və mehriban münasibət, insani hisləri» gördükdən sonra erməniləri «öz balaları kimi əzizləməsindən», işğalın digər qaranlıq təfərrüatlarından ağızdolusu danışmışdır. 

Bir neçə ay sonra isə həmin şəkil Türkiyənin «Milliyet» qəzetində işıq üzü gördü. Bu dəfə onun altında bu sözlər yazmışdı: «Azərbaycanlı qarı əsgər nəvəsinə ermənilərdən qisas almağı tapşırır». İstanbul erməniləri dərhal qəzetə irad tutmuş, əsgərin erməni olduğunu və «kimsəsiz azəri qadınını ölümdən xilas etdiklərini bildirmişlər. Lakin şəkilin macəraları bununla bitməmiş, Sarkis Hatspanyanın fotoşəkili Azərbaycan mətbuatına ayaq açmış və «igid milli əsgərimiz» kimi təbliğ edilmişdir. Hələ bu azmış kimi, bu ilin fevral ayının 26-da Berlin muzeylərinin birində bir qrup gənc azərbaycanlı rəssamın Xocalı soyqırımına həsr etdikləri sərgidə öyrənmədən, bilmədən Sarkis Hatspanyanın fotoşəkilinin boya ilə işlənmiş reproduksiyasını «Azərbaycan əsgəri və ana» tablosu kimi nümayiş etdirilmiş və nəticədə Azərbaycanı «erməni reallıqlarını təhrif etməkdə» günahlandırmağa nail olmuşlar. Yeri gəlmişkən, sərginin təşkilatçısı isə Azərbaycanın «AzNar» QSC şirkətidir. Şirkəti «ermənipərəstlikdə» ittiham etmək niyyətim yoxdur. Sadəcə olaraq, təbliğatın bir “molodes” kəlməsini eşitmək üçün naşiliqla, tələsik aparılmaması bu nəcib işə xələl gətirmişdir… 

Şəkildəki acbirçək qadının öldüsü-qaldısı barədə bilgilərə malik deyiləm. Lakin ilk baxışdan belə təsəvvür yaranıb ki, həmin şəkil qarının S. Hatspanyanı Azərbaycan əsgəri zənn etdiyi zaman çəkilib. Sarkis isə «Librazion» qəzetinə verdiyi müsahibədə və sonralar qələmə aldığı «26-27 fevral 1992: «Xocalı qətliamı» Yalanın anatomiyası» başlıqlı məqaləsində bu qadının digər girovlarla birlikdə sağ-salamat Gəncəyə yola saldığını bildirir.

Türkiyədə, Fransada və Ermənistanda «Qarabağ müharibəsi qəhrəmanı», jurnalist, araştırmacı, siasi fəal və həm də ASALA üzvü kimi tanınan Sarkis Hatspanyan 1962-ci ildə Türkiyənin İspəndərun şəhərində dünyaya gəlmişdir. Hrant Dinkin məktəb yoldaşı idi. Türkiyədə 1980-ci il 12 sentyabr hərbi çevrilişdən sonra ölkədən qaçmış, Fransaya sığınmış və bu ölkənin vətəndaşı olmuşdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərində Fransadan gələrək erməni hərbi birləşmələrinini tərkibində döyüşmüş, Xocalı soyqırımında və Kəlbəcərin işğalında fəal iştirak etmişdir. Ermənistan vətəndaşlığını qəbul etmiş, Serj Saqsyanı «Azərbaycana qarşı yumşaq siyasət yürütməkdə ittiham edərək ona müxalifətdə olmuş, həbs edilmiş, 2011-ci ildə sərbəst buraxılmışdır. Yenidən Fransaya qayıdaraq Türkiyə və Azərbaycana qarşı təbliğatda fəal iştirak etmişdir. Onun «26-27 fevral 1992: «Xocalı qətliamı». Yalanın anatomiyası» məqaləsində erməni riyakarlığı ilə yazır ki, «Həm Azərbaycanda, həm də Türkiyədə Xocalıda baş vermiş hadisələr təhrif olunmuş, ermənilərin qəddar obrazı yaradılmışdır. Xocalıda əslində şəhəri tərk edən əhalini türk faşistləri qətlə yetirmişlər».

2018-ci ilin yanvar ayının 20-də isə əli qanlı köpək Sarkis Hatspanyan uzun sürən xəstəlikdən sonra Fransanın Lion şəhərindəki xəstəxanada canını İblisə tapşırmış, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın sərəncamına əsasən, onun cənazəsi Fransadan Ermənistana gətirilmiş və hərbçilərin «Erablur» məzarlığında bastırılmışdır.

Araz Qurbanov

Femida.az

araz.az xəbər portalı.