araz.az bildirir ki, gununsesi.info-nun aktyora yaxın mənbələrdən əldə etdiyi məlumata görə, buna səbəb onun işgüzar münasibətdə olduğu, lakin sonradan münasibətinin pozulduğu şəxslərdən birinin iddiası olub.
Belə ki, həmin şəxs Müşfiq Abbasovun Cinayət Məcəlləsinin 147- (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) 148-(Təhqir)maddələri ilə həbs edilməsini tələb etsə də, işə baxan Xətai rayon Məhkəməsi bu iddianı qismən təmin edərək onu Cinayət Məcəlləsinin 148-ci-(Təhqir) maddəsi ilə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib.
İlkin mənbə daha detallı məlumatları növbəti araşdırmalarında təqdim edəcəyini də bildirib.
araz.az xəbər portalı.