81CCBEF9 46ED 4E29 8026 163C6C875FB6

 

Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Füzuli Məmmədova müraciət edib.

Kürdoğlu Əsgərov 6 ilə yaxındır erməni girovluğunda saxlanılan atasının azad edilməsi ilə bağlı Füzuli Məmmədovdan kömək istəyib. Həmin müraciəti təqdim edirik:

“Füzuli müəllim, atam Dilqəm Əsgərov 2014- cü ildə ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda öz doğmalarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülüb və vəhşicəsinə işgəncələrə məruz qalaraq Dağlıq Qarabağda qondarma məhkəmənin qərarı ilə 86 il, ömürlük həbsə məhkum edilib. Atamın səhhətində çox ciddi problemlər var və həkim nəzarətində saxlanılır. Artıq 2 ildir ki, atamdan Qızıl Xaç Komitəsi nə məktub, nə video, nə foto gətirib bizə təqdim edir. Sizdən atası 6 ilə yaxındır ki, erməni girovluğunda saxlanılan Azərbaycan gənci olaraq xahiş edirəm. Atam Dilqəm Əsgərovun erməni girovluğundan azad edilməsində mənə kömək olasınız. Atam Rusiya vətəndaşıdır, sizin Rusiyada əlaqələriniz çox geniş və güclüdür”.

Araz.az

 

araz.az xəbər portalı.