1_2dd93fc8bb323c13c016623c400c9326.jpg

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarında çalışan əməkdaşlar üçün təşkil olunan ixtisasartırma təlimlərində iştirak edən növbəti qrupun biliklərinin qiymətləndirmə mərhələsi keçirilib.

Təlimləri başa vuran 54 dinləyici ilə görüşən Akademiya rəisi Qulu Novruzov gömrük xidməti əməkdaşlarının peşəkar inkişafı məqsədilə təşkil olunan ixtisasartırma təlimlərinin səmərəli, eyni zamanda faydalı olduğuna əminliyini bildirib. Qiymətləndirmə prosesinin gömrük xidməti əməkdaşlarının peşəkarlığının artırılmasına xidmət etdiyini bir daha vurğulayan Akademiya rəisi deyib ki, bu da keçirilən təlimlərin əsas məqsədidir.

Akademiya rəisi təlimlərin iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra təlimləri başa vuran dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

Qeyd edək ki, gömrük orqanlarında çalışan əməkdaşların növbəti qrupu üçün bir aylıq ixtisasartırma təlimlərinin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

araz.az

araz.az xəbər portalı.