Bakıda keçirilən COP29 tədbirinin vaxtının uzadılması barədə dünən yerli media vasitələri xəbər yaydı. Xəbərlərdə qeyd edilirdi ki, ilkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfransın ayın 23-də də davam edəcəyi gözlənilir.

Artıq, məlumatın dəqiqliyi öz təsdiqini tapıb. Bu barədə araz.az-a da daxil olan məlumatdan məlum olur ki, belə bir qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib.

Bir daha xatırladırıq ki, COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platformadır. Dünya ölkələrinin çoxsaylı nümayəndələrinin iştirak etdiyi bu mühüm tədbirdə nəzərdə tutulan hər bir məsələnin müzakirəsi önəmlidir.

Nadir HƏSƏNLİ, 

araz.az xəbər portalı.