Naxçıvan və Gəncədə olduğu kimi, Xankəndidə də Türkiyə Cümhuriyyətinin konsulluğu açılsın.
“AzPolitika.info”-nun məlumatına görə, belə qeyri-adi təkliflə sabiq YAP-çı deputat Alqış Həsənoğlu çıxış edib.
Sabiq deputat mövzuya dair “Facebook” statusunda yazır: “Azərbaycanın strateji məntəqələrində – Naxçıvanda və Gəncədə Türkiyənin konsulluğu fəaliyyət göstərir. Xankəndidə niyə olmasın?!
Aydındır ki, hazırda bunu praktiki baxımdan reallaşdırmaq mümkün deyil. Amma bu, heç bir hüquqa zidd deyil. Belə bir qərarın (simvolık olsa da) qəbulu və elanı böyük siyasi fayda gətirər. Bu addım problemin həllinə yeni təkan verər, Ermənistana ciddi xəbərdarlıq olardı…”
A.Həsənoğlu hesab edir ki, təkcə Türkiyə deyil, eyni mövqedən bir neçə müsəlman dövlətinın çıxış etməsi daha böyük siyasi və diplomatik effekt doğura bilər.
araz.az xəbər portalı.