Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı ölkəmizin qlobal səviyyədə artan nüfuzunun və strateji təşəbbüslərinin bariz təcəssümüdür. Bu uğurun təməlində Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Mehriban xanım Əliyevanın qlobal humanitar və ekoloji məsələlərdəki fəal iştirakı dayanır. Onların liderliyi Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da dayanıqlı inkişaf və ətraf mühitin qorunması sahəsində öncül mövqeyini daha da möhkəmləndirib.

Prezident İlham Əliyev COP29 çərçivəsində Azərbaycanın güclü və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. Onun iqlim dəyişikliyi ilə mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirməsi, Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakını təmin edib. Prezidentin çıxışları və təşəbbüsləri Azərbaycanın bu sahədə yalnız öhdəlik götürən deyil, eyni zamanda konkret həll yolları təklif edən bir lider dövlət olduğunu göstərdi.

İlham Əliyev konfransda Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmək üçün atdığı addımları dünya ictimaiyyətinə təqdim etdi. Ətraf mühitin qorunması məqsədilə həyata keçirilən layihələr, təmiz enerji mənbələrinin inkişafı, Xəzər dənizinin ekoloji balansının qorunması və “yaşıl iqtisadiyyat” strategiyası Prezidentin uzaqgörən liderliyinin nəticəsidir. Onun təşəbbüsü ilə yaradılan dayanıqlı enerji layihələri, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan edilməsi, Azərbaycanın qlobal iqlim məqsədlərinə töhfə verdiyini sübut edir. Prezident İlham Əliyevin bu konfransdakı liderliyi yalnız Azərbaycanın maraqlarını deyil, həm də regional və qlobal sabitliyə töhfə verən təşəbbüsləri ilə diqqət çəkir. Onun açıq və məqsədyönlü siyasəti Azərbaycanın davamlı inkişaf sahəsində beynəlxalq ictimaiyyətə nümunə göstərilən bir ölkəyə çevrilməsinə imkan verib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti isə COP29-da Azərbaycanın humanitar və mədəni dəyərlərini qlobal səviyyədə təbliğ etməklə yanaşı, ekoloji məsələlərə həssas münasibətini nümayiş etdirdi. Mehriban xanım Əliyeva uzun illərdir ekologiya, mədəni irs və humanitar məsələlərdəki təşəbbüsləri ilə beynəlxalq səviyyədə tanınır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr insanların ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması sahəsində ciddi irəliləyişlərə səbəb olub.

Mehriban xanım COP29 çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadı. O, qadınların və gənclərin ekoloji təşəbbüslərə cəlb olunması, təmiz enerji istifadəsinin genişləndirilməsi və davamlı inkişaf üçün cəmiyyətin bütün təbəqələrinin birgə səylərinin vacibliyini vurğulayan çıxışları ilə diqqət çəkdi. Mehriban xanımın təşəbbüsləri sayəsində Azərbaycan mədəni irsi və ekoloji layihələri ilə qlobal arenada diqqət mərkəzində oldu. Mehriban Əliyevanın diqqəti altında reallaşdırılan maarifləndirici layihələr, xüsusilə gənclərin ətraf mühit problemləri ilə bağlı fəallığının artırılması istiqamətində mühüm töhfələr verdi. Onun rəhbərlik etdiyi layihələr çərçivəsində təmiz texnologiyalar, enerjiyə qənaət və ətraf mühitin qorunması sahələrində innovativ həllər təqdim olunub. Bu fəaliyyətlər Azərbaycanın ekoloji problemlərin həllində müasir və dayanıqlı yanaşmaları tətbiq etdiyini göstərir.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın birgə fəaliyyəti, Azərbaycanın COP 29 kimi qlobal bir tədbirdə yalnız iştirakçı deyil, həm də təşkilatçı və lider mövqeyində olmasını təmin etdi. Onların təşəbbüsləri Azərbaycanın ətraf mühitin qorunması və davamlı inkişaf sahəsində qlobal liderliyini təsdiqlədi.

COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü təkliflər, göstərdiyi birlik və həmrəylik ruhu, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Prezident və Birinci vitse-prezidentin rəhbərliyi altında həyata keçirilən bu tədbir Azərbaycanın yalnız bugünkü problemlərin həlli üçün deyil, gələcək nəsillər üçün daha yaşıl və təhlükəsiz bir dünya qurmaq əzmini nümayiş etdirdi. Bu liderlik həm Azərbaycan xalqının birliyini gücləndirdi, həm də ölkəmizi beynəlxalq səviyyədə daha möhkəm bir mövqeyə yüksəltdi.

COP29 çərçivəsində Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizədə həm milli səviyyədə, həm də qlobal miqyasda öz üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirərək dünyanın diqqətini çəkdi. Ölkəmiz bu tədbirdə yalnız dövlət səviyyəsində deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə qeyri-hökumət təşkilatlarının (QHT) fəal iştirakı ilə seçildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin COP29 çərçivəsindəki rolu xüsusi olaraq vurğulanmalıdır. Bu qurum, ölkədə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin daha effektiv və məqsədyönlü şəkildə təşkilinə nail olaraq, onların milli və qlobal problemlərin həllində birbaşa iştirakını təmin edir. Agentlik Aygün xanım Əliyevanın rəhbərliyi ilə, Azərbaycanın qeyri-hökumət sektorunu iqlim dəyişikliyi, ətraf mühitin qorunması və davamlı inkişaf sahəsində qlobal miqyaslı təşəbbüslərə qoşulmağa sövq edib.

Aygün xanımın rəhbərliyi altında Agentlik QHT-lərin səfərbərliyini təmin edərək, onları vahid bir gücə çevirməyi bacarıb. Onun peşəkarlığı və strateji yanaşması sayəsində ölkəmizin QHT-ləri arasında əməkdaşlıq daha da güclənib və bu birlik COP 29 kimi beynəlxalq bir tədbirdə özünü parlaq şəkildə göstərib. Agentlik, yalnız təşkilati koordinasiya ilə kifayətlənməyərək, həm də QHT-lərə konkret layihələrin həyata keçirilməsində maddi və mənəvi dəstək verib.

Bu müddət ərzində Agentliyin təşəbbüsü ilə ətraf mühit problemlərinə həsr olunmuş müxtəlif maarifləndirici və praktik layihələr həyata keçirilib. QHT-lər arasında həm yerli, həm də beynəlxalq tərəfdaşlıqlar qurulub, bu da onların fəaliyyətlərinin təsir dairəsini genişləndirib. Xüsusilə, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl enerji” layihələri çərçivəsində birgə fəaliyyət, ölkənin milli maraqlarının qorunmasında mühüm əhəmiyyət kəsb edib.

COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü təkliflər, göstərdiyi birlik və həmrəylik ruhu, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Prezident və Birinci vitse-prezidentin rəhbərliyi altında həyata keçirilən bu tədbir Azərbaycanın yalnız bugünkü problemlərin həlli üçün deyil, gələcək nəsillər üçün daha yaşıl və təhlükəsiz bir dünya qurmaq əzmini nümayiş etdirdi. Bu liderlik həm Azərbaycan xalqının birliyini gücləndirdi, həm də ölkəmizi beynəlxalq səviyyədə daha möhkəm bir mövqeyə yüksəltdi.

BEYNƏLXALQ DİASPOR MƏRKƏZİNİN MƏTBUAT XİDMƏTİ

 

 

araz.az xəbər portalı.