dovlet imtahan merkezi dimBu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1501 namizəddən 18 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 16:55-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA2 altqrupu üzrə – 6 nəfər;

BA3 altqrupu üzrə – 11 nəfər;

BA4 altqrupu üzrə – 29 nəfər;

BB1 altqrupu üzrə – 58 nəfər;

BB2 altqrupu üzrə – 87 nəfər;

BB3 altqrupu üzrə – 135 nəfər;

BB4 altqrupu üzrə – 154 nəfər olmaqla, ümumilikdə 480 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

araz.az xəbər portalı.